...

2011-ci ildə Gürcüstana daha çox Azərbaycan vətəndaşları səfər edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Sentyabr 2011 11:57 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 9 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

2011-ci ilin ilk səkkiz ayı ərzində Gürcüstana ən çox səfər edən xarici vətəndaşlar Azərbaycandan olub.

İlin əvvəlindən Gürcüstan sərhədini 456,3 min Azərbaycan vətəndaşı keçib. Bu barədə Trend-ə cümə günü Gürcüstan DİN-dən məlumat verilib.

"2011-ci ilin yanvarından avqustuna kimi Gürcüstanın dövlət sərhədini keçənlərin ümumi sayı ötən ilin analoji dövrü ilə müqayisədə 1,5 dəfə artıb. Onların sayı 1,793 milyon nəfər təşkil edib ki, bu da ötən ilin analoji dövründəkindən 536,2 min çoxdur", - nazirlikdən deyilib.

DİN -in məlumatına görə, ikinci yerdə Türkiyə (455,6 min nəfər), üçüncü yerdə isə Ermənistan (448,4 min) gəlir. Rusiya vətəndaşlarına gəldikdə, bu ölkədən Gürcüstana ilin əvvəlindən 176 min nəfər səfər edib.

Xəbər lenti

Xəbər lenti