...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində biznes strukturu yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2011 14:08 (UTC +04:00)
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) çərçivəsində İşçi Şura yaradılacaq. Onun fəaliyyət sahəsinə türk dünyası dövlətlərinin konkret biznes layihələrinə baxılması daxil olacaq.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində biznes strukturu yaradılacaq

Qazaxıstan, Astana, 15 sentyabr /Trend, müxbir A.Maratov/

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) çərçivəsində İşçi Şura yaradılacaq. Onun fəaliyyət sahəsinə türk dünyası dövlətlərinin konkret biznes layihələrinə baxılması daxil olacaq. Bu barədə TDƏŞ Katibliyinin rəhbəri Xəlil Akıncı Trend-ə eksklüziv müsahibəsində bildirib.

"Bu Şura bizim sahibkarlarımızı birləşdirəcək ki, onlar öz ideya və layihələri üzrə fikir mübadiləsi apara biləcəklər. O müasir layihələr üçün meydança ola bilər", - Akıncı deyib.

Türkdilli dövlətlərin başçılarının İşçi Şura yaratmaq barədə Memorandumu oktyabrın 20-21-də Almatıda keçiriləcək TDƏŞ sammitində imzalamaları planlaşdırılır. Sammit çərçivəsində Şuranın ilk iclası da keçiriləcək.

Akıncının sözlərinə görə, İşçi Şuranın vəzifələrinə türk ölkələri arasında iqtisadi maneələrin aradan qaldırılması daxil olacaq.

"Artıq İşçi Şurada iqtisadiyyat nazirlərinin görüşü çərçivəsində işlənmək üçün təklif olunacaq konkret layihəmiz var. Layihə ölkələrimiz arasında malların nəqliyyat daşımalarına aiddir", - o deyib.

İqtisadiyyat nazirlərinin görüşü TDƏŞ sammiti çərçivəsində də keçiriləcək. Lakin hələlik onun Astanada yaxud Almatıda keçiriləcəyi dəqiqləşdirilməyib.

Akıncının sözlərinə görə, iqtisadiyyat nazirlərinin görüşü çərçivəsində türk dövlətləri arasında yaranan maneələrin və iqtisadi əməkdaşlıqdakı çətinliklərin nizamlanmasının yeni mexanizmlərinə baxılacağı ehtimal olunur.

Türk dövlətlərinin işgüzar əməkdaşlığı çərçivəsində nəqliyyat agentliyinin, türkdilli dövlətlərin Arbitraj Məhkəməsinin və xüsusi sığorta fondunun yaradılması məsələlərinin müzakirəsi də planlaşdırılır. Habelə iqtisadiyyatın ayrı-ayrı sahələrinin dəstəklənməsi üzrə xüsusi fondun yaradılması məsələsinə də baxılacaq.

"TDƏŞ ölkələri İKT, BMT və digər beynəlxalq təşkilatlara da daxildirlər. Ona görə də, bizim təklif etdiyimiz layihələrə həmin strukturlarla qarşılıqlı fəaliyyətin, fəaliyyətimizn daha yaxşı əlaqələndirilməsi predmeti kimi baxılır", - Akıncı deyib.

Xəbər lenti

Xəbər lenti