...

Milli Qəhrəman Mübariz İbrahimov adına lisey-məktəbdə Bilik Günü qeyd olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2011 15:57 (UTC +04:00)
Cümə günü Biləsuvar şəhərində Mərkəzi Bankın (AMB) dəstəyi ilə yaradılan, Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimovun adını daşıyan lisey-məktəb kompleksində növbəti yeni tədris ilinin başlanması münasibətilə mərasim keçirilib.
Milli Qəhrəman Mübariz İbrahimov adına lisey-məktəbdə Bilik Günü qeyd olunub

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Cümə axşamı Biləsuvar şəhərində Mərkəzi Bankın (AMB) dəstəyi ilə yaradılan, Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimovun adını daşıyan lisey-məktəb kompleksində növbəti yeni tədris ilinin başlanması münasibətilə mərasim keçirilib.

Bankdan Trend-ə verilən məlumata görə, mərasimin açılışında Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib ki, AMB cəmiyyət qarşısında sosial və ictimai öhdəlilkərini dərk edərək ictimaiyyətin maarifləndirilməsinə, o cümlədən gənc nəslin təhsilinə dəstək verməyə böyük önəm verir. Rüstəmov yeni dərs ilinin başlanması münasibətilə və məktəbin qısa müddətdə əldə etdiyi uğurlara görə bütün kollektivi təbrik edib, bundan sonra da daha böyük nailiyyətlər qazanacaqlarına əminliyini bildirib.

Eyni zamanda, tədbirdə Biləsuvar rayon icra başçısı Mahir Quliyev və tanınmış alim, akademik Vaqif Abbasov iştirak ediblər.

Tədbir Bilik Gününə həsr olunmuş səhnəciklər, şeirlər və mahnılardan ibarət bədii proqramla yekunlaşıb.

Milli Qəhraman Mübariz İbrahimovun adını daşıyan müasir məktəb-lisey kompleksi 2010-cu ildən fəaliyyətə başlayıb. Kompleksin binasının inşası başa çatan zaman Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada olublar və yaradılmış infrastrukturu yüksək qiymətləndiriblər. 28 sinif otağı (müəllimlər otağı, fənn kabinetləri, laboratoriyalar, kompüter zalı), idman və rəqs (ritmika) zallarından ibarət olan kompleksdə hazırda 107 şagird ödənişsiz təhsil alır.

Xəbər lenti

Xəbər lenti