...

Azərbaycanın 2012-ci il dövlət büdcəsinin proqnozları Nazirlər Kabinetinə təqdim olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2011 17:46 (UTC +04:00)
Maliyyə Nazirliyi 2012-ci ilin dövlət və icmal büdcəsinin layihələrini və sonrakı üç il üzrə ücmal büdcənin göstəricilərini Nazirlər Kabinetinə təqdim edib.
Azərbaycanın 2012-ci il dövlət büdcəsinin proqnozları Nazirlər Kabinetinə təqdim olunub

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Maliyyə Nazirliyi 2012-ci ilin dövlət və icmal büdcəsinin layihələrini və sonrakı üç il üzrə ücmal büdcənin göstəricilərini Nazirlər Kabinetinə təqdim edib. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə axşamı yaydığı məlumatda deyilir.

"Büdcə sistemi haqqında" qanuna görə Azərbaycanın dövlət büdcəsinin və icmal büdcəsinin layihələri sentyabrın 15-dən gec olmayaraq Nazirlər Kabinetinə təqdim edilməlidir.

Gələn il üçün büdcənin parametrləri hələlik açıqlanmır.

2011-ci il üzrə ölkənin dövət büdcəsinə düzəlişlər çərçivəsində gəlirlər 3493,2 milyon manat, yaxud təsdiqlənmiş proqnozlara qarşı 29 faiz, yəni 15554,2 milyon manatadək artırılıb ki, bu da 2010-cu ildəki faktiki göstəriciyə nisbətən artımın 36,4 faiz (4151,2 milyon manat) olması deməkdir. İlin sonunadək ÜDM-də büdcə gəlirlərinin xüsusi çəkisinin 34,7 faizədək artacağı gözlənilir ki, bu da təqsdiqlənmiş proqnozdan 4,7 faiz və ötən ilin yekunları üzrə faktiki göstəricinin 7,3 faiz artımı deməkdir.

Dövət büdcəsinin xərcləri 15 941,2 milyon manat səviyyəsində proqnozlaşdırılıb. Təsdiqlənmiş proqnozlara qarşı artım 25 faiz və ya 3193,2 milyon manat, 2010-cu ilin faktiki göstəricisinə nisbətən 35,5 faiz təşkil edib.

Dövlət büdcəsinin kəsiri 387 milyon manat və ya ÜDM-in 0,9 faizi həcmində proqnozlaşdırılıb.

Sentyabrın 15-nə olan rəsmi məzənnə 0,7867 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti