...

Borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı dayandırılacaq - "Bakıelektrikşəbəkə"

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2011 17:04 (UTC +04:00)
Debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 21 sentyabr saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
Borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı dayandırılacaq - "Bakıelektrikşəbəkə"

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 21 sentyabr saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq. Bu barədə cümə günü Trend-ə "Bakıelektrikşəbəkə" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

"Borcunu yuxarıda qeyd olunan müddətdə ödəməyənlərin elektrik enerjisi təchizatını dayandıracaq əməkdaşlar tərəfindən abonentlərə heç bir güzəşt edilməyəcək. Elektrik enerjisi təchizatı dayandırılan abonentlərin borclarını ödədikdən sonra təkrar şəbəkəyə qoşulmaları bir neçə gün ərzində mümkün olacaq", - məlumatda deyilir.

Abonentlərin elektrik enerjisi təchizatı ilə bağlı hər hansı problem yaşamamaları üçün istifadə etdikləri elektrik enerjisi haqlarını dərhal ödəmələri xahiş olunur.

Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, ASC-nin ödəmə məntəqələrində, həmçinin internet saytı (www.bes.az) vasitəsilə "onlayn" olaraq həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti