...

Azərbaycan bankı "Expressbank" nizamnamə kapitalını 30 faiz artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2011 14:16 (UTC +04:00)
"Expressbank" ASC 2011-ci ilin iyul-avqust ayları ərzində nizamnamə kapitalını 15,671 milyon manat artırıb. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Azərbaycan bankı "Expressbank" nizamnamə kapitalını 30 faiz  artırıb

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir N.İsmayılova/

"Expressbank" ASC 2011-ci ilin iyul-avqust ayları ərzində nizamnamə kapitalını 15,671 milyon manat artırıb. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Nizamnamə kapitalının artırılması bankın 2010-cu ildə əldə etdiyi 5,671 milyon manat mənfəəti, həmçinin dövlət qeydiyyatına alınmış hər bir səhminin nominal dəyəri 231,31 manat olan 10 milyon manat məbləğində 43,266 ədəd səhmlərinin yerləşdirilməsi hesabına olub.

Hazırda bankın nizamnamə kapitalı 66,672 milyon manat, məcmu kapitalı isə 74,085 milyon manat təşkil edir.

Bu günə bankın Bakı şəhəri üzrə 2, regionlarda isə 6 filialı fəaliyyət göstərir. İlin sonunə qədər Bakı şəhərində daha 3 filial və bir şöbənin fəaliyyətə başlaması planlaşdırılır.

Sentyabrın 20-nə rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti