...

Azərbaycan Vergilər Nazirliyi universal soraq xidməti yaradır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2011 16:42 (UTC +04:00)
Azərbaycanda yaradılan 195 universal telefon soraq xidmətinin genişləndirilməsi və transformasiyası planlaşdırılır.
Azərbaycan Vergilər Nazirliyi universal soraq xidməti yaradır

Azərbaycan, Şamaxı, 24 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda yaradılan 195 universal telefon soraq xidmətinin genişləndirilməsi və transformasiyası planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə şənbə günü "Müstəqil Azərbaycanın vergi sistemi" adlı seminarda ölkənin Vergilər Nazirliyinin Vergi ödəyicilərə xidmət idarəsini rəisri Elçin Məmmədov bildirib.

Jurnalistlər üçün seminar sentyabrın 24-25-də ölkənin Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində keçirilir.

"Bu gün 195 universal telefon xidmətinin yaradılması ilə bağlı işlər gedir. Onun fəaliyyəti iqtisadiyyat sahəsindəki bütün dövlət strukturlarını əhatə edir. Lakin gələcəkdə onun əhatəsinin genişləndirilməsi və dörd informasiya blokunun yaradılması planlaşdırılır", - Məmmədov deyib.

Onun sözlərinə görə, iqtisadi, sosial, hüquq və tarif blokları yaradılacaq.

Bu gün ölkənin, demək olar, bütün nazirlikləri 195 telefon məlumat xidmətinə qoşulmağa təşəbbüs göstəriblər.

195 Məlumat Xidməti 2003-cü ildən fəaliyyət göstərir və bu dövr ərzində yalnız Bakını əhatə edib. 2006-cı ildən artıq respublikadakı bütün vergiödəyicilər bu xidmətdən ödənişsiz əsasda istifadə edə bilirlər. 2009-cu il sentyabrın 1-dən İqtisadi İnkişaf Nazirliyinin məlumat mərkəzinə qoşulması vasitəsilə VN-də İİN-in 195-2 telefon xidməti yaradılıb. Vergilər Nazirliyinin 195 telefon məlumat xidməti bütün gün ərzində iki rejimdə (avtomatik və birbaşa) fəaliyyət göstərir.

Məmmədovun sözlərinə görə, Vergilər Nazirliyi idarənin rəsmi saytında göstərilən xidmətlərin təkmilləşdirilməsi və genişləndirilməsi üzrə işlər də həyata keçirir.

"Nazirliyin rəsmi saytında yeni xidmətlər tətbiq olunacaq. Ay ərzində video-qəbul xidməti işə salınacaq. Onun köməyi ilə vergiödəyici əvvəlcədən ayrılmış vaxt ərzində nazirliyin yüksək rəhbərliyinə birbaşa müraciət edə biləcək", - Məmmədov deyib.

Onun sözlərinə görə, nazirlik VISA beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıqda "Maliyyə futbolu" saytının yeni bölməsini hazırlayır.

Xəbər lenti

Xəbər lenti