...

Alman bankı Azərbaycan sahibkarlığı üçün III güzəştli kreditə dair danışıqlara başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2011 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İ.Xəlilova/

Alman İnkişaf Bankı - KfW Azərbaycan hökuməti ilə kiçik və orta sahibkarlığa dəstək üçün 5 milyon avro məbləğində III güzəştli kreditin ayrılması barədə danışıqlara başlamağı planlaşdırır. Bu barədə Trend-ə şənbə günü KfW-nin Bakı ofisinin rəhbəri Natiq Abdullayev deyib.

"Avqustda hökumət bu kreditin alınmasına razılıq verib və sentyabrın 25-də maliyyə layihələri üzrə bankın meneceri Herald Hyuqnerin başçılığı ilə ölkəyə gələcək nümayəndə heyəti ilə bank və Azərbaycan arasında maliyyə müqaviləsinin hazırlanmasına dair danışıqlar aparmağı planlaşdırırıq", - Abdullayev bildirib.

Bundan əvvəlki iki kredit kimi, üçüncü krediti də KfW güzəştli şərtlərlə, 10 il güzəştli müddətə illik 0,75 faizlə təqdim edir.

Bu vəsaitlər də əvvəlki iki kredit kimi, kiçik və orta sahibkarlığın Alman-Azərbaycan Fondu (AAF) vasitəsilə maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

"Bu qəbulun 2012-ci ildən sonra etibarsız olacağını nəzərə alaraq, kredit vəsaitinin mənimsənilməsini çatdırmaq məqsədilə danışıqlar prosesinin tezləşdirilməsi planlaşdırılır", - o deyib.

İlkin olaraq, KfW Azərbaycana sahibkarlığın inkişaf etdirilməsi üçün 20 milyon avroluq konsolidə edilmiş kredit təklif edirdi ki, onun 5 milyon avrosu bankın öz vəsaiti hesabına güzəştli şərtlərlə, qalan 15 milyon avro isə KfW tərəfindən kapital bazarından borc götürülməli idi, buna görə də. kreditin şərtləri ticari idi. O vaxt Azərbaycan hökuməti kreditin ticarət hissəsindən imtina etmiş, ancaq onun güzəştli hissəsini də almaq üçün razılaşa bilməmişdi.

1999-cu ildən alman bankı AAF-a iki tranş ilə 8,7 milyon avro təqdim edib. Vəsaitin mənimsənilməsi başa çatıb və hazırda bankların maliyyələşdirilməsi dönən hesabdan və fəaliyyətinin başlanğıcından bəri əldə olunan fondun gəlirindən həyata keçirilirdi. Fondun cari portfeli hazırda təxminən 14 milyon avro təşkil edir ki, bunun hesabına 6,3 mindən çox kredit verilib.

Fəaliyyətinin başlanğıcından bəri AAF öz şəxsi vəsaiti hesabına ümumi dəyəri 110 milyon avrodan artıq 30 min krediti maliyyələşdirib. Bu gün fondun fəaliyyəti 16 regionu əhatə edir ki, burada 36 xidmət nöqtəsi var.

AAF-ın tərəfdaşları Bank of Baku və UniBank (2001-ci il mardan), Parabank və Bank Respublika (yanvar, 2003-cü ildən), DəmirBank (əvvəlki Azərdəmiryolbank) və AGBank (sentyabr, 2004-cü ildən), Rabitəbank və Muğan Bank (dekabr, 2006-cı ildən), Nikoil Bank-dır (fevral, 2007-ci ildən).

Digər tərəfdən, üçüncü kreditin mənimsənilməsində bu siyahının genişlənmə imkanı da istisna edilmir.

Abdullayevin sözlərinə görə, KfW nümayəndə heyətinin səfəri zamanı AAF vəsaitindən istifadə etmək istəyən yeni bankların nümayəndələri ilə görüşlər də planlaşdırılıb. "Bundan sonra tender elan olunacaq ki, fondun tələblərinə uyğun yeni tərəfdaşları seçilsin", - o deyib.

Xəbər lenti

Xəbər lenti