...

Avqustda Bakının torpaq bazarında qiymətlər sabitləşməkdə davam edib - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2011 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir A.Axundov/

2011-ci ilin əvvəlindən torpaq bazarında başlayan qiymət stabilləşməsi avqust ayında və sentyabr ayının ötən yarısında da davamlı olub. Bu barədə bazar ertəsi Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.

"2011-ci il avqust ayı ərzində Bakıda 1 sot torpağın orta qiyməti 2,5% artaraq 20 173 dollar səviyyəsində qərarlaşıb", - İbrahimov deyib.

Onun sözlərinə görə, zonalar üzrə qiymətlər müxtəlif templə dəyişib, mərkəzdənkənar və şəhərətrafı torpaq sahələrində qiymətlərin davamlı artımı müşahidə edilir.

Zonalar

iyul 2011, $/sot

avqust 2011, $/sot

Orta qiymət dəyişməsi, %

I zona

281 567

284 804

1,1

II zona

174 626

180 677

3,5

III zona

24 135

24 456

1,3

IV zona

5 211

5 346

2,6

İbrahimov bildirib ki, bazarda təklif olunan ən bahalı sahə Nəsimi rayonunda (333 min dollar), ən ucuz isə Qaradağ rayonundadır (379 dollar).

Xəbər lenti

Xəbər lenti