...

Kreditlərin ümumi həcminin 15 faizindən çoxu Azərbaycanın regionlarının payına düşür

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2011 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir N.İsmayılova/

2011-ci ilin yanvar-iyul aylarının yekunları üzrə Azərbaycanın regionlarında əhaliyə verilən kreditlər 1374,9 milyon manat və ya Azərbaycan bankları tərəfindən verilən kreditlərin 15,1 faizini təşkil edir. Bu barədə çərşənbə axşamı ölkənin Mərkəzi Bankından (AMB) verilən məlumatda deyilir.

Avqustun 1-nə olan məlumata görə, ölkə üzrə kreditləşmənin ümumi həcmi 9120,2 milyon manat olub ki, burada milli valyutada verilən kreditlər 5723,3 milyon manat səviyyəsində olub. Bakı üzrə bu göstərici 7745,3 milyon manat təşkil edib ki, burada milli valyutada verilən kreditlərin payına 4721,8 milyon manat düşüb. Hesabat dövrü ərzində ölkədə orta faiz dərəcəsi 16,5 faiz, Bakı üzrə 15,9 faiz təşkil edib.

Kreditləşmənin həcmi Abşeron iqtisadi rayonu üzrə orta faiz dərəcəsi 18,2 faiz olmaqla 331,1 milyon manat, Aran iqtisadi rayonu üzrə 21,5 faizlə 276,4 milyon manat, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 19,5 faizlə 30,9 milyon manat, Gəncə-Qazax iqtisadi rayonu üzrə 21,6 faizlə 247 milyon manat, Quba -Xaçmaz - 21,8 faizlə 88,96 milyon manat, Lənkəran 24,9 faizlə 111,5 milyon manat, Şəki-Zaqatala 17,1 faizlə 209,8 milyon manat, Yuxarı Qarabağ 19,3 faizlə 10,2 milyon manat, Kəlbəcər-Laçın 16,3 faizlə 21,5 milyon manat , Naxçıvan 11,6 faiz üzrə 66,9 milyon manat olub.

Sentyabrın 27-nə rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti