...

Azərbaycan sahibkarları Almaniyada ixtisasartırma kursları keçəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2011 17:15 (UTC +04:00)
Almaniya-Azərbaycan ikitərəfli Proqramı" çərçivəsində sahibkarların və gənc menecerlərin Almaniyaya bir ay müddətinə ixtisasartırma kurslarına göndərilməsi məqsədilə müsabiqəyə başlanıb.
Azərbaycan sahibkarları Almaniyada ixtisasartırma kursları keçəcəklər

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir N.İsmayılova/

Sentyabrın 26-da Bakı Biznes Tədris Mərkəzində "Azərbaycanda biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı" çərçivəsində sahibkarların və gənc menecerlərin Almaniyaya bir ay müddətinə ixtisasartırma kurslarına göndərilməsi məqsədilə müsabiqəyə başlanıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumatda deyilir.

Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və Almaniyanın Menecment Akademiyasının nümayəndələri tərəfindən keçirilən müsabiqə 3 gün davam edəcək. Müsabiqədə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 55 nəfər sahibkar və gənc menecer iştirak edəcək.

Müsabiqədə uğur qazanmış namizədlər 2011-ci ilin noyabrın 1-dən 30-dək Almaniyanın Menecment Akademiyasında və fəaliyyət göstərdikləri sahələrə uyğun müəssisələrdə tədris və təcrübə keçəcəklər.

Proqram çərçivəsində bütün zəruri xərclər (yol xərcləri istisna olmaqla) Almaniya tərəfindən ödəniləcək.

Xəbər lenti

Xəbər lenti