...

Azərsun Holdinq "Müstəqil Azərbaycan 20 ildə" sərgisində geniş şəkildə təmsil olunur (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2011 17:17 (UTC +04:00)
Çərşənbə axşamı Bakıda açılmış "Müstəqil Azərbaycan 20 ildə" milli sərgisində ölkənin ən iri qeyri-neft şirkətlərindən olan "Azərsun Holdinq" də geniş şəkildə təmsil olunur.
Azərsun Holdinq "Müstəqil Azərbaycan 20 ildə" sərgisində geniş şəkildə təmsil olunur (FOTO)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

Çərşənbə axşamı Bakıda açılmış "Müstəqil Azərbaycan 20 ildə" milli sərgisində ölkənin ən iri qeyri-neft şirkətlərindən olan "Azərsun Holdinq" də geniş şəkildə təmsil olunur.

Trend-in məlumatına görə, ümumilikdə 150 kvadrat metrlik sahəni əhatə edən şirkətlər qrupunun stendlərində sərgi ziyarətçiləri foto və video guşələrdə Azərbaycan müstəqilliyi ilə həmyaş olan holdinqin tarixi və qazandığı uğurlar barədə məlumat ala bilir, eyni zamanda, gündəlik həyat tələbatlarımızdan holdinqin istehsalı olan çay, yağ, konserv, şəkər, duz, çörək, kağız və digər məhsullar ilə tanış ola bilirlər.

"Azərsun" pavilyonunun ayrı bir guşəsi holdinqin kənd təsərrüfatı sahəsinə həsr olunub. Burada holdinqin ən son aqrar texnika və suvarma sistemləri ilə təchiz olunmuş "Natural Green Land" müəssisəsində ekoloji təmiz qaydalarla becərdilən, Global GAP sertifikatına layiq görülmüş meyvə-tərəvəz, çuğundur və digər bitkilərlə yanaşı, yenicə istifadəyə verilmiş "Green Land" yem fabrikinin mal qara, toyuq və balıqlar üçün müxtəlif yem nümunələri də təqdim olunub.

Kənd təsərrüfatı və yemçilik sahəsində əldə etdikləri "nou-hao"ları fermerlə paylaşmaq məqsədilə holdinq mütəxəssisləri tərəfindən elə sərgi stendindəcə tədrislər təşkil olunub.

Xəbər lenti

Xəbər lenti