...

2011-ci ildə Azərbaycanın dövlət büdcəsi kəsirsiz yerinə yetirilə bilər - nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2011 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir A.Axundov/

2011-ci ildə Azərbaycanın dövlət büdcəsinin proqnozları kəsirsiz yerinə yetirilə bilər. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə cümə axşamı maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

"Artıq ötən il bizdə belə bir praktika olub", - nazir müavini deyib.

Onun sözlərinə görə, 2011-ci ildə dövlət büdcəsinin icrası ilə bağlı xüsusi problemlər müşahidə olunmur.

"Gəlirlər üzrə proqnoz artıqlaması ilə yerinə yetiriləcək, xərclər maddəsini 100 faiz yerinə yetirmək mümkün deyil. Həm də ola bilsin ki, büdcə kəsirsiz yerinə yetirilsin", - nazir müavini deyib.

Dövlət büdcəsində neftin qiymətləri üzrə proqnoz bir barel üçün 80 dollar təşkil edir. Bayramov bildirib ki, müvafiq olaraq, dünya bazarlarında neftin qiymətlərinin artması nəticəsində xəzinəyə əlavə daxilolmalar təmin olunacaq.

2011-ci il büdcəsinin gəlirləri 15 554,2 milyon manat proqnozlaşdırılır ki, bu da 2010-cu ilin faktiki göstəricisindən 36,4 faiz (4151,2 milyon manat) çoxdur. İlin sonunda ÜDM-də büdcə gəlirlərinin xüsusi çəkisinin 34,7 faiz artımı gözlənilir ki, bu da ötən ilin nəticələrinin faktiki göstəricisindən 7,3 faiz çoxdur.
Büdcənin xərcləri 15 941,2 milyon manat miqdarında proqnozlaşdırılır. Bu, 2010-cu ilin faktiki göstəricisindən 35,5 faiz çoxdur.

Büdcənin defisiti 387 milyon manat və ya ÜDM-in 0,9 faizi səviyyəsində proqnozlaşdırılır.

Sentyabrın 29-na olan rəsmi məzənnə 0,7868 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti