...

Azərbaycanın xarici borcunun səviyyəsi narahatlıq doğurmur - nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2011 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın xarici borcunun ÜDM-ə 7 faiz nisbəti narahatlıq doğuran səviyyə deyil. Bu barədə Trend-ə cümə günü maliyyə nazirinin müavini Azər Bayramov deyib.

"Yəqin ki, siz Avropa ölkələrində, digər inkişaf etmiş ölkələrdə hansı rəqəmlərin yer tutduğunu müşahidə edirsiniz, odur ki, ÜDM-in 7 faizi narahatlıq doğuran səviyyə deyil", - Bayramov bildirib.

2011-ci il ərzində Aİ ölkələrində ümumi xarici borc bu gün ÜDM-in 76,83 faizini təşkil edir.

Nazir müavininin sözlərinə görə, nazirlik xarici borcların idarə olunması ilə bağlı uzunmüddətli strategiyanın yaradılması üzərində işləri davam etdirir.

2011-ci il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanın xarici dövlət borcu 4512,6 milyon dollara çatıb ki, bu da ÜDM-in 8,1 faizini təşkil edir. Sentyabrın 1-nə pay 7 faizədək azalıb.

2011-ci il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanın xarici borcu 3857,3 milyon dollar (ÜDM-in 7,42 faizi) təşkil edib.

Xəbər lenti

Xəbər lenti