Senyabrın 6-dan etibarən Rauf Eldar oğlu Qarayev "AtaHoldinq" ASC-yə İdarə Heyətinin Sədr müavini vəzifəsinə təyin olunub. Bu barədə bazar ertəsi Trend-ə "AtaHoldinq" ASC-dən məlumat verilib.
Rauf Qarayev 4 iyul 1976-cı il tarixində Gəncə şəhərində anadan olub.
Rauf Qarayev Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin Təşkili və İdarəetməsi fakültəsində təhsil alıb və təhsilini Rusiya Federasiyası höküməti nəzdində Xalq Təsərrüfatını İdarəetmə Akademiyasında davam etdirərək MBA dərəcəsini alıb.
Neft sahəsinin müxtəlif xarici şirkətlərində çalışmış Rauf Qarayev bu sahədə 13 ildən artıq iş təcrübəsinə malikdir. Əmək fəaliyyətinin son 8 il müddətində BP şirkətində maliyyə sektorunda müxtəlif vəzifələrində çalışıb.
Rauf Qarayev öz ixtisası üzrə müxtəlif treninqlər və sertifikasiya keçmiş və əmək fəaliyyəti müddətində müxtəlif mükafatlarla təltif olunub.
Rauf Qarayev rus, ingilis dillərində səlist danışır. Evlidir. 2 övladı var.