...

Azərbaycanın sığortaçısı hava-nəqliyyat vasitələrinin sığortasından 65 faiz mükafat toplayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2011 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın "İpək Yolu Sığorta" (əvvəllər "Azal Sığorta") şirkətinin ilin ilk doqquz ayı ərzində yığımlarının 65 faizə yaxını hava-nəqliyyat vasitələrinin sığortasının və 27 faizindən çoxu hava-nəqliyyat vasitələri sahiblərinin vətəndaş məsuliyyəti sığortasının payına düşüb. Bu barədə Trend-ə şənbə günü şirkətdən məlumat verilib.

Birinci növ üzrə şirkət hesabat dövründə 13,34 milyon manat, ikinci növ üzrə isə 5,65 milyon manat toplayıb. Ümumilikdə isə "İpək Yolu Sığorta"nın yığımları 20,5 milyon manat təşkil edib.

Şirkət sığortanın könüllü növləri üzrə 20,35 milyon manat toplayıb ki, bunun 14 milyon manatı əmlak sığortasının, 6,29 milyon manatı vətəndaş məsuliyyəti sığortasının, 47098,39 manatı sığortanın fərdi növlərinin, 4161,99 manatı kreditlərin sığortasının payına düşüb.

Şirkət sığortanın icbari növləri üzrə 196848,01 manat toplayıb ki, bunun 131904,35 manatı sərnişinlərin icbari sığortasının, 64898,66 manatı yanğından icbari sığortanın payına düşür.

Şirkət hesabat dövründə 2,87 milyon manatlıq ödəniş həyata keçirib ki, bunun 2,84 milyon manatını hava nəqliyyatı vasitələrini sığortası təşkil edib.

Hava nəqliyyatının sığortası üzrə ixtisaslaşan "İpək Yolu" sığorta şirkəti 1995-ci ildə yaradılıb.

Oktyabrın 15-nə olan rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti