...

Azərbaycan narkotiklərin dövriyyəsi ilə mübarizədə böyük uğurlar əldə edib – Ümumdünya Gömrük Təşkilatı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2011 11:58 (UTC +04:00)
Ötən cümə günü Bakıda Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisinin açılması Azərbaycanın gömrük sahəsində əməkdaşlığının aktiv mövqeyinin göstəricisidir.
Azərbaycan narkotiklərin dövriyyəsi ilə mübarizədə böyük uğurlar əldə edib – Ümumdünya Gömrük Təşkilatı (FOTO)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir A.Axundov/

Bu gün Bakıda Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisinin açılması Azərbaycanın gömrük sahəsində əməkdaşlığının aktiv mövqeyinin göstəricisidir. Trend-in məlumatına görə, bu barədə təşkilatın baş katibi Kinyo Mikuriya bazar ertəsi Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Beynəlxalq Konfransda bildirib.

"Azərbaycan narkotiklərlə mübarizə sahəsində və informasiya texnologiyalarının və digər nəzarət vasitələrinin tətbiqində böyük uğurlara nail olub", - Mikuriya deyib.

O bildirib ki, Ümumdünya Gömrük Təşkilatı Azərbaycanla əməkdaşlığın gələcəkdə inkişaf edəcəyini gözləyir.

Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin sözlərinə görə, Ümumdünya Gömrük Təşkilatı və BMT Bakıda keçirilən konfransı narkotiklərlə mübarizə sahəsində ilin tədbiri kimi qiymətləndirir.

"Konfransda 42 ölkəni təmsil edən və yeddi beynəlxalq təşkilatdan 90-a yaxın xarici qonaq iştirak edir", - Əliyev deyib.

Bazar ertəsi Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Beynəlxalq Konfrans öz işinə başlayıb. Konfrans Ümumdünya Gömrük Təşkilatı, Azərbaycanın Dövlət Gömrük Komitəsi və BMT-nin təşkilatçılığı ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti