...

Azərbaycanda gömrükçülər üçün yaşayış kompleksi tikiləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2011 18:19 (UTC +04:00)
Azərbaycanda Dövlət Gömrük Komitəsinin (DKK) əməkdaşları üçün yaşayış kompleksi inşa ediləcək.
Azərbaycanda gömrükçülər üçün yaşayış kompleksi tikiləcək

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda Dövlət Gömrük Komitəsinin (DKK) əməkdaşları üçün yaşayış kompleksi inşa ediləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə bazar ertəsi Komitənin sədri Aydın Əliyev deyib.

"Bu kompleks üçün Komitəyə "Xətai" metrostansiyasının yaxınlığında torpaq sahəsi ayrılıb" , - Əliyev bildirib.

Onun sözlərinə görə, kompleks 100 mənzil üçün hesablanıb.

"Kompleks DGK və özəl sektorun hesabına tikiləcək", - Komitə sədri deyib.

Əliyev tikinti işlərinin başlama vaxtını açıqlamayıb.

Xəbər lenti

Xəbər lenti