...

Bakı qəsəbələrində biznes fəaliyyəti üçün güzəştli kreditlər verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2011 14:48 (UTC +04:00)
Milli Fondunun (SKMF) xətti ilə cümə günü Bakı qəsəbələrində fəaliyyət göstərən 17 sahibkarlıq subyektinə 1,3 milyon manat həcmində güzəştli kreditlər verilib.
Bakı qəsəbələrində biznes fəaliyyəti üçün güzəştli kreditlər verilib

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə cümə günü Bakı qəsəbələrində fəaliyyət göstərən 17 sahibkarlıq subyektinə 1,3 milyon manat həcmində güzəştli kreditlər verilib. Bu vəsaitlər hesabına həyata keçirilən layihələr 60 yeni iş yerinin açılmasına imkan yaradır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə cümə günü Sabunçu rayonunun Bilgəh qəsəbəsində keçirilən növbəti kredit yarmarkasında Fondun icraçı direktoru Şirzad Abdullayev deyib.

"2011-ci ildə ümumulikdə SKMF 1357 layihənin maliyyələşdirilməsinə 114 milyon manat dəyərində güzəştli kredit verib. SKMF eləcə də müasir texnologiyaların tətbiq edildiyi 69 investisiya layihəsinə isə ümumi dəyəri 96 milyon manat olan güzəştli kredit ayırıb" , - Abdullayev bildirib.

Kənd təsərrüfatı və digər sahələrdəki altı investisiya layihəsinə iki milyon manat, 1282 kiçik layihənin həyata keçirilməsinə 16 milyon manat ayrılıb. Bu layihələrin həyata keçirilməsi 5300-dən artıq yeni iş yerinin açılmasına imkan verəcək.

Bakı qəsəbələri üçün ümumilikdə 29,8 milyon manat ayrılıb ki, bu da 1200-dən artıq yeni iş yerinin açılmasına imkan verir.

Tədbir çərçivəsində Bilgəhdə illik gücü 200 ton olan tərəvəz yetişdirilməsi üçün istixana kompleksində aparılan tikinti-montaj işlərinin gedişatı ilə tanışlıq olub.

"2011-2013-cü illərdə Bakı və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı" Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 4 may tarixli sərəncamı ilə təsdiq edilib.

SKMF 1992-ci ildə yaradılıb. Ümumilikdə, 2006-2011-ci illərdə SKMF-nin dövlət büdcəsindən sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə maliyyələşdirməsinə 453,1 milyon manat ayrılıb.

Oktyabrın 21-i üçün rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti