...

Bakıda Azərbaycan-İsveçrə biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2011 18:15 (UTC +04:00)
Bakıda Azərbaycan-İsveçrə biznes forumu keçiriləcək.
Bakıda Azərbaycan-İsveçrə biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə oktyabrın 27-də Bakıda Azərbaycan-İsveçrə biznes forumu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi AZPROMO-nun saytında yerləşdirilən məlumatda bildirilir.

Biznes forum Cenevrə Kantonunun iqtisadiyyat və səhiyyə naziri Pyer-Fransua Ungerin Bakıya səfəri çərçivəsində keçiriləcək.

Biznes forumda iştirak etmək üçün İsveçrənin müxtəlif şirkətlərinin nümayəndələri, eləcə də səhmdarları və bankirləri Bakıya gələcəklər.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan ilə İsveçrə arasında mal dövriyyəsi 2011-ci ilin yanvar-sentyabrında 180 milyon dollar təşkil edib. İl ərzində ölkələr arasında mal dövriyyəsi 45 faiz artıb.

Əlavə məlumat üçün: əlaqəli şəxs - Anar Niriyev ([email protected]), tel: (012) 598-01-47/48

Xəbər lenti

Xəbər lenti