...

Azərbaycan və Argentina Anlaşma Memorandumu imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2011 11:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir N.İsmayılova /

Azərbaycan və Argentina elm, tədqiqat və innovasiya sahələrində Anlaşma Memorandumu imzalayıblar. Trend-in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin cümə axşamı yaydığı məlumatda deyilir.

Sazişi noyabrın 2-də Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, Argentina tərəfdən isə bu ölkənin elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranao imzalayıb.

Sənəddə elmi-tədqiqat, texnologiya və innovasiya sahələrində əməkdaşlıq, birgə elmi-tədqiqat və innovasiya layihələrin hazırlanması və bu sahədə seminar və "dəyirmi masa"ların təşkili nəzərdə tutulur.

Görüşdə Azərbaycan və Argentina arasında mövcud iqtisadi əlaqələr, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, əlaqələrin genişləndirilməsində prioritet investisiya sahələrinin müəyyənləşdirilməsinin və bu sahədə məlumat mübadiləsinin aparılmasının, biznes forum, təqdimat və sərgilərin təşkilinin, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Argentinanın aidiyyəti qurumları arasında əməkdaşlığın yaradılmasının əhəmiyyəti vurğulanıb.

Səfər çərçivəsində Baranaonun başçılıq etdiyi nümayəndə heyətinin ölkə regionlarına səfəri də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti