...

Azərbaycanın sığorta şirkəti təkrar sığorta fəaliyyətini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2011 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın sığorta şirkəti "Paşa Sığorta"nın kapitallaşmasının artması ilə onun təkrar sığorta fəaliyyətinin növbəti artımı baş verib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Paşa Sığorta"nın idarə heyətinin sədri Nofəl Rzayevin şirkətin saytında yerləşdirilən müsahibəsində deyilir.

"Ənənəvi olaraq, "Paşa Sığorta" təkrar sığorta əməliyyatlarında kifayət qədər fəal olub, kapitallaşmanın artması ilə bizim təkrar sığorta fəaliyyətimizin növbəti artımı baş verib. Hazırda bir risk üzrə "Paşa Sığorta"nın saxlama limiti artıq 2,5 milyon manatı ötür. Bu o deməkdir ki, sığortanın bir predmeti üzrə özümüzdə ilk 2,5 milyon manat riskini saxlaya, digərlərini isə təkrar sığortaya verə bilərik", - Rzayev deyib.

Onun sözlərinə görə, şirkət elə bu formada tərəfdaş sığorta şirkətlərindən məhdudsuz iri riskləri, qəbul edilmiş risk üzrə ilk 2,5 milyon manatı özündə saxlamaqla və yerdə qalan riski "zəncirvari" qaydada yerli və beynəlxalq təkrar sığorta bazarlarında yerləşdirməklə, qəbul edə bilər.

Rzayev bu prosesi çətin və sığorta heyətindən yüksək texniki səviyyə və bilik, sığorta şirkətindən beynəlxalq təkrar sığorta bazarı ilə işlənmiş əlaqələr tələb etdiyini hesab edir.

"Hazırda "Paşa Sığorta" Azərbaycanın bir sıra sığorta şirkətləri üçün etibarlı təkrar sığorta tərəfdaşı olub. "Paşa Sığorta"da son risklərin yerləşdirilməsi həm rahatlığı və sığorta hadisələrinin prosessinqinin peşəkarlığını və operativliyini təmin etmək, həm də sığortaçılar üçün onların ölkədə öz risklərini təkrar sığorta etməsi zamanı sığorta ehtiyatlarının hesablanmasının güzəştli rejimini təmin etmək baxımından sərfəlidir", - Rzayev deyib.

Onun sözlərinə görə, şirkət 2011-ci ildə təkrar sığorta üzrə 1 milyon dollara qədər yığımlar gözləyir.

"Əgər ötən il təkrar sığorta üzrə gəlirlər yarım milyon manat səviyyəsində idisə, bu il bizim məqsədimiz portfeli 700 min manata çıxarmaqdır. Lakin biz milyon manata çıxmaq istərdik", - Rzayev bildirib.

"Paşa Holdinq" qrupuna daxil olan "Paşa Sığorta" 2006-cı il martın 3də qeydiyyatdan keçib. SŞ sığortanın 30 növü üzrə koprorativ və fərdi müştərilərə xidmətlər göstərir. Şirkətin nizamnamə kapitalı 30 milyon manat təşkil edir və kapitallaşmanın həcminə görə "Paşa Sığorta" ölkənin sığorta bazarının lideridir.

Noyabrın 4-nə olan rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti