...

"Bank of Baku" müştəriləri Qurban bayramında kredit üzrə ödənişləri həyata keçirə biləcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2011 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

"Bank of Baku" Azərbaycan əhalisinin rahatlığı üçün bayram günləri ilə əlaqədar elan olunan qeyri-iş günlərində öz müştərilərinə xidmət göstərməkdə davam edəcək. Noyabrın 7-dən 9-dək Azərbaycanda Qurban bayramı və Dövlət Bayrağı Günü qeyd olunur.

Beləliklə, noyabrın 7, 8 və 9-da bankın Xaqani, 2/Mərdanov qardaşları, 8 ünvanında yerləşən "Xaqani" filialında quraşdırılan Cash-in ödəniş terminalları vasitəsilə səhər saat 9:00-dan axşam saat 19:00-dək ödənişlərin qəbul edilməsi təşkil olunacaq.

Müştərilərin rahatlığını təmin etmək və vaxtına qənaət etmək məqsədilə "Bank of Baku"nun Cash-in ödəniş terminalları vasitəsilə hər hansı bir ödənişi bir neçə dəqiqə ərzində həyata keçirmək mümkündür.

Hazırda Cash-in ödəniş köşkləri əhaliyə istehlak kreditləri, "İdeal" və "Bolkart" kartları üzrə ödənişlər, AvirTel internet xidmətinin ödənilməsi, həmçinin cari hesabların artırılması sahəsində xidmət göstərir. Həmin günlərdə ödənişləri Ş.Bədəlbəyli küç., 96 ünvanında yerləşən "World Telecom" mağazasında quraşdırılan ödəniş terminalı vasitəsilə də etmək mümkündür (saat 10:00-dan 19:00-dək).

Bundan əlavə, ödənişləri noyabrın 6-9-da "Park Bulvar" Ticarət mərkəzində (saat 10:00-dan 01:00-dək), A.Neymətulla küç., 42, Hüseynbala Əliyev küç., 9 və M.Rəsulzadə küç., 5 ünvanlarındakı "İdeal" mağazalarında yerləşən Cash-in köşkləri vasitəsilə (saat 10:00-dan 22:00-dək) və 24/7 rejimində "Bank of Baku"nun Atatürk pr., 42, ünvanında fəaliyyət göstərən Baş İdarəsinin, bankın "Mərdəkan" və "Xırdalan" filiallarının önündə quraşdırılan ödəniş terminalları vasitəsilə də həyata keçirmək olar.

Əlavə olaraq, kredit üzrə ödənişləri telefon vasitəsilə və onlayn rejimdə aparmaq olar. Beləliklə, artıq 1 ildən artıqdır ki, "Bank of Baku"da Azərbaycanın bank bazarında analoqu olmayan "Telefon Bankçılıq - 145" növbəsiz ödənişlər xətti müştərilərin xidmətindədir. Xidmət vasitəsilə müştərilər banka gəlmədən ölkənin istənilən yerindən istənilən vaxt kredit ödənişlərini istənilən telefonla həyata keçirə və hesabları barədə məlumat ala bilərlər. Bunun üçün isə sadəcə istənilən telefon (mobil və ya şəhər), "Bank of Baku"nun təqdim etdiyi müştəri kodu (müştəri kodu kreditin ödənişi zamanı bankın eksperti tərəfindən müştəriyə verilir) və istənilən plastik kart sahibi olmaq kifayətdir.

Onlayn ödənişləri isə internet vasitəsilə https://www.e-bankofbaku.com/creditpayment.jsp onlayn kredit ödənişi internet səhifəsinə daxil olub həyata keçirmək olar.

Qeyd etmək lazımdır ki, bayram günlərində aparılan bütün əməliyyatlar (Cash-in ödənişləri daxil olmaqla) 2011-ci il noyabrın 10-da əməliyyat günü ilə bank proqramında əks olunacaq.

Beləliklə, adi günlərlə yanaşı, bayram ərzində də əhalinin xidmətində olan "Bank of Baku" bir daha sübut edir ki, həyatın hər anında daim öz müştərilərini düşünür və "Sizə yaxın bankçılıq!" şüarına əməl edir.

Bank of Baku-nun fəaliyyəti və kampaniyaları haqqında daha ətraflı məlumatı bankın Məlumat mərkəzi 145 nömrəsi vasitəsilə, www.bankofbaku.com web-saytında, həmin saytda fəaliyyət göstərən "Onlayn-məsləhətçi" xidmətinə müraciət edərək və ya bankın "Facebook" sosial şəbəkəsində www.facebook.com/bankofbaku ünvanında fəaliyyət göstərən rəsmi səhifəsində əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti