...

Bakıda qeyri-yaşayış obyektləri ucuzlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2011 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 noyabr /Trend müxbir A.Axundov/

Sentyabrda Bakının qeyri-yaşayış obyektləri bazarında kommersiya məqsədilə istifadə edilən əmlakın və kirayə mənzilin orta qiyməti ay ərzində müvafiq olaraq 0,3 faiz və 0,2 faiz aşağı düşüb. Trend-in məlumatına görə, bu barədə cümə günü "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin (İB) keçirdiyi monitorinqin nəticələri üzrə İB-nin saytında yerləşdirilən məlumatda deyilir.

Məlumata əsasən, sentyabrda kommersiya obyektlərinin alqı-satqısı üzrə əqdlərin sayı 4,5 faiz aşağı düşüb. Sentyabrda təklif 1,4 faiz azalıb.

Bakıda qeyri-yaşayış sahəsinin bir kvadratmetrinin orta qiyməti sentyabrda 2868 dollar təşkil edib. Avqustda bu rəqəm 2876 manat olub. Aparılan monitorinqə əsasən, qiymətlər 2010-cu ilin eyni dövrü ilə müqayisədə 3 faiz, əvvəlki rübə nisbətən isə 0,6 faiz aşağı düşüb.

Bazarda orta qiymətdən (bir kvadratmetrə görə 2868 dollar) aşağı təklif olunan qeyri-yaşayış obyektlərin payı qeyri-yaşayış sahələri bazarının ümumi portfelinin 53,1 faizini təşkil edib.

Bakının heç bir rayonunda qeyri-yaşayış obyektlərinin qiymətində artım müşahidə edilməyib, daha çox ucuzlaşma isə (1,4 faiz) Bakının Xəzər rayonunda qeydə alınıb. 2011-ci ilin avqustunda, əvvəlki ayda olduğu kimi, qeyri-yaşayış sahələri əsasən fərdi tikintilərdən və yeni tikililərin birinci və ikinci mərtəbələrindəki otaqlardan, eləcə də təyinatı dəyişdirilən təkrar mənzilin birinci mərtəbələrindəki otaqlardan təşkil olunub.

"Bazarda qiymətin ucuzlaşması və mövcud seqment üzrə dinamikanın nisbi azalması, təklifin aşağı həcmi ekspozisiya müddətinin 2,4 faiz artmasına gətirib çıxarıb", - Birliyin ekspertləri hesab edir.

Sentyabr ayında Bakı şəhəri üzrə qiymət indеksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz, ötən rübün müvafiq dövrünə nisbətdə 0,5 faiz azalıb. Avqusta nisbətdə isə kommersiya obyektləri üzrə qiymət indeksi 0,3 faiz və ya 0,9 bənd azalaraq 283,2 bəndində qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti