...

Əmək və əhalinin sosial müdafiəsi naziri bir qrup vətəndaşı qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2011 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir Fizuli Ələkbərov tərəfindən daha bir qrup vətəndaş qəbul edilərək, onların müraciətləri dinlənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən şənbə günü Trend-ə verilən məlumata görə, nazirliyin uyğun şöbələrinin mütəxəssisləri tərəfindən şikayət ərizələrinin obyektiv tərzdə araşdırılması zamanı bir sıra vətəndaşların ünvanlı dövlət sosial yardımı, əlillik qruplarının təyinatı və sosial müdafiə işinin digər sahələri ilə bağlı müvafiq qanunvericilik barədə məlumatsız olmaları səbəbindən əsassız olaraq şikayət ərizələri yazdıqları, bununla yanaşı, bir sıra haqlı narazılıqların olduğu da müəyyən edilib.

Hər bir vətəndaş müraciətində qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun və ədalətli həlli ilə əlaqədar müvafiq strukturlara göstəriş verən nazir Fizuli Ələkbərov vətəndaşların haqlı narazılığına səbəb olan hallara yol vermiş yerli qurumların fəaliyyətinin ciddi şəkildə araşdırılması, hər hansı qanunsuzluq faktının aşkarlandığı təqdirdə bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat təqdim edilməsi, habelə vəzifəsində nöqsanlara yol vermiş əməkdaşlar barədə tədbirlər görülməsi barədə nazirliyin aidiyyəti qurumlarına tapşırıq verib. Tapşırığın icrası olaraq, yaxın günlərdən etibarən araşdırmalara başlanacaq.

Cari ilin ötən dövründə əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov ayrı-ayrı bölgələrdə (Oğuz, Şirvan, Göyçay, Şəki, Sabunçu və s.) olaraq, ümumilikdə 50-yə yaxın rayon üzrə vətəndaşları qəbul edib, nazirliyin fəaliyyət dairəsinə aid sahələrlə bağlı Azərbaycan Prezidentinə, Nazirlər Kabinetinə, Milli Məclisə, Ombudsman Aparatına, həmçinin ayrı-ayrı instansiyalara, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ərizələri ünvanlamış vətəndaşların müraciətləri dinlənilib.

Qəbul prosesində vətəndaşların şikayət ərizələrində qaldırılan məsələlər yerində və qanunvericiliyin tələblərinə uyğun tərzdə araşdırılıb və əsassız şikayətlərlə yanaşı, vətəndaşlarda haqlı narazılıq yaradan hallara yol verildiyi də müəyyən edilib. Belə hallara yol vermiş strukturların fəaliyyətinin araşdırılmasına qərar verilməklə, onların müvafiq əməkdaşları barədə ciddi intizam tədbirləri həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti