...

Azərbaycanın turizm bazarı xarici investorlar üçün maraqlıdır - nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2011 18:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın turizm bazarı xarici investorlar üçün böyük maraq doğurur. Bu barədə bazar ertəsi Trend-ə mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev deyib.

"Azərbaycan şirkətləri və nazirlik beynəlxalq turizm yarmarkalarında fəal iştirak edirlər. Onlar yarmarkalarda ölkənin turizm potensialından danışırlar. Bu da yekunda xarici investisiyanın axınına təsir edir", - Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda xarici investorların cəlb edilməsi üçün qanunvericilik təkmilləşdirilir.

"Gələcəkdə ölkənin turizm sektoruna xarici kapital qoyuluşunun həcmi artacaq", - Əliyev qeyd edib.

Azərbaycanda "Hyatt", "Park Inn", "Radisson", "Kempinski", "Hilton", "Ramadan", "Sheraton" kimi və digər beynəlxalq şəbəkələrə daxil olan mehmanxanalar fəaliyyət göstərir, eləcə də Bakıda "Four seasons", "Marriott", "Fermont", "Jumeirah", Gəncə və Şəkidə "Ramada", Qubada isə "Rixos" hotelləri tikilir.

Hazırda Azərbaycanda 499 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Həmin obyektlərin 300-dən çoxu Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilən lisenziya əsasında fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti