...

2012-ci ildə Bakı-Tbilisi-Qars dəmiryol xətti ilə iki pilot qatar keçəcək - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2011 20:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir A.Axundov/

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində dəmiryol xəttinin tikintisi üzrə işlər normal rejimdə gedir və 2012-ci ilin sonuna qədər layihə iştirakçıları iki pilot qatarı işə salacaqlar. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov deyib.

Onun sözlərinə görə, 2013-cü ilin birinci yarısında yol tam rejimdə istismara veriləcək.

Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında həyata keçirilir.

Azərbaycan dəmiryolunun Gürcüstan hissəsinin tikintisi və bərpası üçün 775 milyon dollar məbləğində vəsait ayırıb. Bu layihənin maliyyələşdirilməsi Azərbaycanın Dövlət Neft Fondu tərəfindən Azərbaycan Prezidentinin 2007-ci il 21 fevral tarixli "Bakı-Tbilisi-Qars layihəsi üzrə tədbirlərin həyata keçirilməsi haqqında" sərəncamına uyğun olaraq həyata keçirilir.

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində dəmiryol magistralının yeni 105 km.-lik qolunun tikintisi də planlaşdırılır. Bunun 76 km.-i Türkiyə, 29 km.-i isə Gürcüstan ərazisindən keçəcək. Bundan əlavə, nəqletmə gücünü ildə 15 milyon ton yükə çatdırmaq üçün Gürcüstanda 183 km.-lik Axalkalaki-Marabda-Tbilisi dəmir yolunun 183 km.-lik hissəsi yenidən qurulacaq. Axalkalakidə Gürcüstanda mövcud olan dəmiryol təkərlərinin Avropa standartlarına uyğun təkərlərlə əvəz edilməsi üzrə məntəqələrin tikilməsi də planlaşdırılır.

Dəhlizin yüksək buraxılış qabiliyyəti 17 milyon ton yük təşkil edəcək. İlkin mərhələdə bu göstərici 1 milyon sərnişin və 6,5 milyon ton yük olacaq.

Xəbər lenti

Xəbər lenti