...

"Xalq Bank"ın müştəriləri Mobil Bank xidmətinin təkmilləşdirilmiş versiyasından istifadə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2011 13:43 (UTC +04:00)
"Xalq Bank" ASC "AzeriCard" prosessinq mərkəzi ilə birlikdə müştərilərinə Mobil Bank xidmətinin daha rahat və təkmilləşdirilmiş versiyasını təklif edir.
"Xalq Bank"ın müştəriləri Mobil Bank xidmətinin təkmilləşdirilmiş versiyasından istifadə edəcəklər

Azərbaycan, Bakı, 16 noyabr / Trend /

"Xalq Bank" ASC "AzeriCard" prosessinq mərkəzi ilə birlikdə müştərilərinə Mobil Bank xidmətinin daha rahat və təkmilləşdirilmiş versiyasını təklif edir. Bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

Yeni versiyanın üstünlüyü ondadır ki, sistem istənilən mobil telefon nömrəsi ilə, sim-kartı dəyişmədən, Banka müraciət etmədən xidmətə qoşulmaq imkanı verir. Bunun üçün mobil telefondan İnternetə çıxış kifayətdir.

Xidməti aktivləşdirmək üçün bankomatdan üzərində seriya nömrəsi və şifrə olan çeki qəbul etdikdən sonra Bankın http://www.xalqbank.az/info/view/27/?id=20408 səhifəsində mobil bank bölümündə qeyd olunan xüsusi linki telefona daxil edərək proqramı yükləmək lazımdır.

Xatırladaq ki, Mobil Bank xidməti vasitəsilə kommunal ödənişləri etmək, mobil operatorların, internet provayderlərin xidmət haqlarını ödəmək, bir kartdan digər karta pul köçürmək (Card-to-Card), kartı bloklaşdırmaq, hesabdan çıxarışlar və balans haqqında məlumat almaq olar.

Qeyd edək ki, sistem təhlükəsizlik baxımından olduqca güvənlidir. Mobil Bankın yeni versiyasının illik abunə haqqı dəyişməz olaraq qalır və 10 manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti