...

Nəqliyyat Nazirliyi Bakının küçələrində normal hərəkətin bərpası üçün var gücü ilə işləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2011 14:55 (UTC +04:00)
Bakının küçələrində nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətini (qar yağması və yolların buz bağlamasından sonra) təmin etmək üçün Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" SC 80 ədəd texnika və 200-dən artıq işçi qüvvəsini işə cəlb edib.
Nəqliyyat Nazirliyi Bakının küçələrində normal hərəkətin bərpası üçün var gücü ilə işləyir

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir E.İsmayılov/

Bakının küçələrində nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətini (qar yağması və yolların buz bağlamasından sonra) təmin etmək üçün Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" SC 80 ədəd texnika və 200-dən artıq işçi qüvvəsini işə cəlb edib. Bu barədə Trend-ə cümə günü SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəlov bildirib.

Onun sözlərinə görə, dünəndən və bütün gecə ərzində Bakının əsas yollarının təmizlənməsi aparılıb. Həmçinin yollara qum və duz səpilib.

"Çətinlik yalnız Bakı-Sumqayıt yolunda yaranıb. Bu, texnikanın bu istiqamətdə yaranan iri tıxac səbəbindən işləməsinə mane olub. Halbuki gecə saatlarında da bu istiqamətdə normal və təhlükəsiz hərəkəti təmin etmək üçün bütün zəruri tədbirlər görülüb", - Mürsəlov deyib.

Habelə müvafiq işlər Bakının bütün mikrorayonlarında, Bakı dairəvi yolunda, Mikayıl Müşviq küçəsində, eləcə də daha çox qar düşən Yasamal rayonundakı enişlərdə və yoxuşlarda aparılıb.

SC nümayəndəsinin sözlərinə görə, idarə tərəfindən paytaxt küçələrində yaranan çətinliklərlə bağlı sorğulara operativ reaksiya vermək üçün növbətçilik təşkil edilib.

"SC işçiləri səhərədək Bakı küçələrində zəruri işlərin görülməsi ilə məşğul olublar", - Mürsəlov deyib.

Onun sözlərinə görə, hazırda Bakının yolları hərəkət üçün tam yaralıdır. Ehtiyac yaranarsa, SC avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün xidmət göstərməyə tam hazırdır.

Xəbər lenti

Xəbər lenti