...

Azərbaycan Türkiyə iqtisadiyyatında investisiyaların həcminə görə birinci yeri tutur - SOCAR-Turcas (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2011 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir A.Axundov /

Son illər ərzində Azərbaycan iqtisadiyyatına Türkiyə investisiyaları iki milyard dollara çatıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bazar ertəsi Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes forumunda deyib.

"Azərbaycanda iqtisadiyyatın kənd təsərrüfatı, energetika, maliyyə sektoru, turizm, daşınmaz əmlak və başqa bir çox sahələrində minə yaxın türk şirkəti işləyir. Eləcə də Azərbaycanda türk kapitalının iştirakı ilə beş bank çalışır", - nazir müavini bildirib.

Həsənovanın sözlərinə görə, bu gün Azərbaycan iqtisadiyyatına 100 milyard dollara yaxın sərmayə qoyulub ki, onun yarısından çoxu xarici kapitalın payına düşür.

"Azərbaycan adambaşına xarici investisiyaların həcminə görə, MDB ölkələri arasında birinci yerdədir", - nazir müavini deyib.

Onun sözlərinə görə, Türkiyədə 850-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Azərbaycanın bu ölkədəki investisiyalarının həcmi 4,5 milyard dollar təşkil edir.

SOCAR-Turcas birgə müəssisəsinin icraçı direktoru və Petkim neft-kimya kompleksinin idarəedici direktoru Kənan Yavuzun sözlərinə görə, Azərbaycan ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) simasında Türkiyədə investisisyaların həcminə görə birinci yeri tutur.

"SOCAR-Turcas-ın Türkiyədə yeni Trans Anadolu qaz kəmərinin tikintisində iştirakı və ARDNŞ-nin Türkiyədə həyata keçirdiyi digər fəaliyyətlə nəticəsində Azərbaycan bu ölkədə investisiyaların həcminə görə birinci yeri tutur", - Yavuz deyib.

Onun sözlərinə görə, 2023-cü ilədək SOCAR-Turcas-ın İzmirdəki ixrac-sənaye zonasındakı investisiyalarının həcmi 10 milyard dollara çatacaq.

Xəbər lenti

Xəbər lenti