...

Üç il ərzində Azərbaycanın sığorta şirkətlərinin kapitalı 2,5 dəfədən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2011 20:50 (UTC +04:00)
Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına görə, 2011-ci il noyabrın 1-nə qədər ölkənin sığorta və təkrar sığorta şirkətlərinin ümumi nizamnamə kapitalı 208 milyon manata çatıb.
Üç il ərzində Azərbaycanın sığorta şirkətlərinin kapitalı 2,5 dəfədən çox artıb

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına görə, 2011-ci il noyabrın 1-nə qədər ölkənin sığorta və təkrar sığorta şirkətlərinin ümumi nizamnamə kapitalı 208 milyon manata çatıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Vergilər Nazirliyinin "Vergilər" qəzetində dərc edilən məlumatında deyilir.

"Bu dövr ərzində banklara, sığorta və təkarar sığorta şirkətlərinə təqdim edilən vergi güzəştləri Azərbaycan sığorta bazarına xeyli təsir edib. Əgər 2009-cu il yanvarın 1-dək fəaliyyət göstərən sığortaçıların və təkrar sığortaçıların ümumi nizamnamə kapitalı təxminən 90 milyon manat təşkil edirdisə, 2011-ci il noyabrın 1-nə bu göstərici artıq 80 milyon manatı ötüb", - Dövlət Xidmətindən bildiriblər.

Məlumata əsasən, bu artımın əhəmiyyətli hissəsi vergi güzəşti hesabına əldə edilib.

"Mərkəzi Bankda, həmçinin hesab edirlər ki, bu güzəştlər müsbət nəticələr verib", - məlumatda qeyd edilir.

AMB-dən verilən məlumata əsasən, 2011-ci il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanın bütün banklarının nizamnamə kapitalı 2,345 milyard manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti