...

İslam İnkişaf Bankı Azərbaycanda maliyyələşdirməni artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2011 14:06 (UTC +04:00)
İslam İnkişaf Bankı (İİB) qrupuna daxil olan Özəl sektorun inkişafı üzrə İslam Korporasiyası (ICD) Azərbaycanda maliyyələşdirmənin həcmini artırmağı planlaşdırır.
İslam İnkişaf Bankı Azərbaycanda maliyyələşdirməni artırır

Azərbaycan, Bakı, 2 dekabr / Trend, müxbir A.Axundov /

İslam İnkişaf Bankı (İİB) qrupuna daxil olan Özəl sektorun inkişafı üzrə İslam Korporasiyası (ICD) Azərbaycanda maliyyələşdirmənin həcmini artırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə günü MDB iştirakçısı olan dövlətlərin dördüncü Bakı Beynəlxalq Bank Konfransında ICD-nin Aktivlərin idarə olunması və konsultativ fəaliyyət üzrə departamentinin direktoru Hazih Hişam əl-Nasir bildirib.

"Biz Azərbaycandakı bir sıra maliyyə institutlarında, Park Bulvar ticarət mərkəzində iştirak edir, banklarla çalışırıq. Bizim Azərbaycandakı iştirakımızın həcmləri yetərli deyil, tələb isə böyükdür. Lakin biz 51 ölkədə işləyirik, bizə vəsait və səylərimizin tarazlaşdırılması lazımdır. Bununla yanaşı, biz maliyyələşməni Azərbaycandakı törəmə strukturlarımız, yəni Ansar Leasing lizinq şirkəti və Xəzər Beynəlxalq İnvestisiya Şirkəti (CIIC) vasitəsilə artırmağı planlaşdırırıq", - əl-Nazir deyib.

İİB-in Azərbaycandakı nümayəndəsi Tamerlan Tağıyevin tədbirdə dediyinə görə, bu gün İİB-in Azərbaycandakı portfeli 1,2 milyard dollar təşkil edir.

İslam maliyyələşdirməsi sahəsində ekspert Xalid Yusifin sözlərinə görə, Azərbaycan islam bankçılığının inkişafı üçün böyük potensiala malikdir.

"Azərbaycan hətta bankçılığın bu modelinin xaricdə ixracatçısı olmaq imkanlarına da malikdir", - Yusif deyib.

Xəbər lenti

Xəbər lenti