...

DəmirBank Rabitəçilər Günü münasibətilə rabitəçilərə 3 faiz güzəştlə kredit kampaniyası elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2011 11:18 (UTC +04:00)
DəmirBank 6 dekabr – Rabitəçilər Günü münasibətilə 5 dekabr 2011 - 29 fevral 2012-ci il tarixində rabitə sektorunda işləyən şəxslər üçün 3 faizgüzəştlə yeni kredit kampaniyasına başlayıb. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyiliк.
DəmirBank Rabitəçilər Günü münasibətilə rabitəçilərə 3 faiz güzəştlə kredit kampaniyası elan edib

Azərbaycan, Bakı, 6 dekabr / Trend /

DəmirBank 6 dekabr - Rabitəçilər Günü münasibətilə 5 dekabr 2011 - 29 fevral 2012-ci il tarixində rabitə sektorunda işləyən şəxslər üçün 3 faiz güzəştlə yeni kredit kampaniyasına başlayıb. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Kampaniya çərçivəsində Bankın kredit məhsulları üzrə (ipoteka, biznes və tərəfdaşlarla kreditlə satış istisna) faiz dərəcəsində 3% güzəşt tətbiq olunur. Bundan əlavə, bu kampaniya çərçivəsində müştərinin həyat və qabiliyyətinin Bankın xeyrinə sığortalanması tələb edilmir. Müştərinin istəyi ilə MasterCard Standard plastik kartı hədiyyə olunur.

Rabitə sektorunda işləyənlər qismində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, müxtəlif qurumların - Azərpoçt, Aztelekom İB, Radiotezlikler İdarəsi, Radio Televiziya Yayımı və Peyk Rabitəsi İB, BTRİB, Azərmarka, Məlumat Hesablama Mərkəzi, Beynelxalq Əlaqələr və Hesablama Mərkəzi, Azərekspersspoçt Rabitə Müəssisəsi, eləcə də rabitə və informasiya texnologiyaları (mobil rabitə, telekommunikasiya, internet, İT və s.) sahəsində fəaliyyət göstərən digər yerli və xarici şirkətlərin əməkdaşları nəzərdə tutulur.

"DəmirBank mütəmadi olaraq əhalinin müxtəlif təbəqələri üçün kampaniyalar həyata keçirir. 8 mart, Ramazan Bayramı, Neftçilər Günü, Qurban Bayramı münasibəti ilə müştərilərə güzəştli kampaniyalar təqdim olunub. Bu dəfə start verdiyimiz kampaniya 6 dekabr Rabitəçilər Günü münasibəti ilə keçirilir. Fürsətdən istifadə edərək, rabitə və informasiya texnologiyaları sektorunda işləyənləri peşə bayramları münasibəti ilə təbrik edirik və onlara yeni uğurlar arzulayırıq", - deyə, İdarə Heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.

DəmirBank 2011-ci ildə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə güzəştli avtomobil krediti, Neft sektorunda işləyənlərə güzəştli kredit, Müqəddəs Ramazan və Qurban Bayramları münasibəti ilə Şimşək pul köçürmələri üzrə kampaniyalar həyata keçirib.

Bankın müxtəlif xidmətləri və kampaniyaları barədə ətraflı məlumat əldə etmək üçün www.demirbank.az saytına daxil olmaq və ya Telefon Məlumat Mərkəzi - 149 nömrəsinə zəng etmək olar.

Xəbər lenti

Xəbər lenti