Azərbaycan, Bakı, 7 dekabr / Trend /
2011-ci ilin yanvar-noyabrında Trend Beynəlxalq İnformasiya Agentliyinin www.trend.az saytına baxışların sayı ötən ilin analoji dövründəki 17,4 milyona qarşı 26,9 milyon səhifəni ötüb.
Google Analytics xidmətinin məlumatına görə, bu dövr ərzində səhifələrə baxışların orta sayı 2010-cu ilin yanvar-noyabrındakı 52,7 minə qarşı sutka ərzində təxminən 81,6 mindən çox təşkil edib.
2011-ci ilin noyabrında saytlara baxışların sayı ötən ilin eyni dövründəki 1,76 minə qarşı 2,14 min, orta sutkalıq göstərici ilə təxminən 71,47 milyon səhifə təşkil edib.
2011-ci ilin yanvar-noyabrında Trend BİA-nın saytına daxilolmalar 8 milyonu ötüb ki, bu da 2010-cu ilin analoji dövründəkindən 4,72 faiz çoxdur.
1995-ci ildə Azərbaycanda yaradılmış Trend özəl informasiya agentliyi Qafqazda və Xəzəryanı regionda aparıcı xəbər tədarükçüsüdür. Trend Xəzəryanı region, Qafqaz və Mərkəzi Asiya ölkələrinin siyasəti və iqtisadiyyatı haqqında etibarlı və operativ xəbər mənbəyi kimi tanınıb .
Moody's International Trend -a xəbərlərin və analitik məqalələrin, eləcə də video-foto materialların istehsalı və yayımlanmasına dair sertifikat verib. Şirkət TREND-in idarəetmə sisteminin ISO 9001-2000 tələblərinə cavab verdiyini təsdiq edib.
2010-cu ildə Trend Asiya və Sakit Okean ölkələri informasiya agentlikləri Təşkilatına (OANA) üzv seçilib.
Trend gün ərzində beş dildə - Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində 600-ə yaxın xəbər dərc edir.
Trend gündəlik iqtisadi məlumat bülleteni, "Trend Oil and Gas" gündəlik nəşrini dərc edir. Orada Xəzər və Mərkəzi Asiyanın neft-qaz bazarları işıqlandırılır. "Trend Transport" regionun nəqliyyat sektorunun xülasəsidir. "Trend Weekly Business Report" və "Trend Monthly Business Report" ölkə iqtisadiyyatının makroiqtisadi göstəricilərinin xülasəsi, "Trend Finances" ixtisaslaşmış nəşri maliyyə sektorunun məlumat xülasəsi, "Iran Economy Review" - İranın makroiqtisadi xülasəsidir.
Trend-in xəbər və analitik məhsullarının abunəçiləri arasında müxtəlif ölkələrin dövlət və hökumət strukturları , dünyanın iri kommersiya və maliyyə şirkətləri, aparıcı KİV və analitik mərkəzlər var.