...

"Unileasing" 2012-ci ildə portfelini dörddə bir dəfə artırmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2011 14:06 (UTC +04:00)
Respublikanın lizinq bazarının lideri "Unileasing" QSC 2012-ci ilin sonuna qədər şirkətin lizinq portfelinin 53 milyon dollara qədər artımını planlaşdırır.
"Unileasing" 2012-ci ildə portfelini dörddə bir dəfə artırmağı planlaşdırır

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Respublikanın lizinq bazarının lideri "Unileasing" QSC 2012-ci ilin sonuna qədər şirkətin lizinq portfelinin 53 milyon dollara qədər artımını planlaşdırır. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə günü yaydığı məlumatda deyilir.

"Unileasing" Qapalı Səhmdar Cəmiyyəti 2012-ci ili bir sıra layihələrin tətbiqi üçün perspektivli dövr kimi qiymətləndirir və bu səbəbdən gələn il şirkət lizinq portfelinin 8-10 milyon dollar artırilmasını və bu rəqəmin 53 milyon dollara çatdırılmasını planlaşdırır.

30 noyabr 2011-ci il tarixinə olan məlumata əsasən, şirkətin lizinq portfeli 42 milyon dollar təşkil edib. 2011-ci il ərzində 20 milyon dollar ümumi məbləği olan 226 müqavilə bağlanılıb. Pozitiv imic və maliyyələşdirmənin rahat şərtləri sayəsində bu dövr ərzində 200-dən çox insan şirkətin yeni müştərisi oldular.

Lizinq şirkətinin nümayəndəlikləri Gəncə, Şəki, Quba, Saatlı və Lənkəranda fəaliyyət göstərir və bunun sayəsində Unileasing-in rahat maliyyələşdirilmə şərtlərindən istifadə respublikanın əksər rayonlarının sahibkarları üçün mümkün olub. Qeyd etmək lazımdır ki, 2011-ci ilin sonuna respublikanın beş regionu üzrə "Unileasing" Qapalı Səhmdar Cəmiyyətinin lizinq portfeli 4 milyon dollara çatıb.

2011-ci il nəticələrinin analizinə əsasən, lizinq müqavilələri üzrə orta faiz dərəcəsi 20,06 faiz, lizinqin orta müddəti isə 45 ay təşkil edib.

2011-ci il ərzində şirkət bir sıra yeni layihələr həyata keçirib, onlardan:
- "Qiymətlərin partlayışı" Minik avtomobillərinin lizinqi
- Mercedes-Benz avtomobillərinin lizinqi üzrə xüsusi təklif
- ISUZU kiçik tonnajlı yük maşınlarının lizinqi üzrə xüsusi təklif
- NCR bankomatlarının lizinqi
- Yaşayış və ticarət məqsədli daşınmaz əmlakın lizinqi və s. layihələri qeyd etmək olar.

Şirkət GAAP standartlarına üyğun olaraq hesabatlar aparır və hər il Deloitte&Touche və PricewaterhouseCoopers kimi ən böyük dünya auditor şirkətləri tərəfindən auditdən keçir.

Xəbər lenti

Xəbər lenti