...

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi tamamlanma mərhələsindədir – Azərbaycanın Baş naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2011 17:14 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 20 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsinin həyata keçirilməsi tamamlanma mərhələsindədir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Baş naziri Artur Rasizadə çərşənbə axşamı Tbilisidə Gürcüstan-Azərbaycan hökumətlərarası komissiyasının iclasından sonra deyib.

"Bütün maliyyə məsələləri həll olunub və dəmiryol ya 2012-ci ilin sonunda, ya da son halda 2013-ci ilin əvvəlində başa çatacaq", - o deyib.

Rasizadə qeyd edib ki, bu layihə Avropa ilə Asiya arasında birbaşa dəmiryol nəqliyyatını təmin edəcək. "Siz Tbilisidə qatara minərək ondan düşmədən Parisə gedə bilərsiniz", - o deyib.

Öz növbəsində, Gürcüstanın Baş naziri Nika Qilauri bildirib ki, yolun Gürcüstan hissəsi ən yaxşı halda 2012-ci ilin sonu, yaxud 2013-cü ilin əvvəlində hazır olacaq. "Bu, region üçün çox mühüm layihədir, çünki Avropa ilə birbaşa əlaqəni təmin edir və yeni iş yerləri yaradır", - o bildirib.

Bakı-Tbilisi-Qars dəmiryolu nəqliyyat dəhlizinin yaradılması 98 kilometr uzunluğa malik "Qars-Axalkalaki" dəmiryol qolunun tikintisini nəzərdə tutur. Yolun 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisinin payına düşür.

Xəbər lenti

Xəbər lenti