...

Azərbaycanda ipoteka istiqrazlarına tələb təklifi iki dəfə üstələyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2011 20:36 (UTC +04:00)
Azərbaycan İpoteka Fondunun (AİF) istiqrazlarına tələb bu gün keçirilən hərracda təklifi iki dəfə üstələyib.
Azərbaycanda ipoteka istiqrazlarına tələb təklifi iki dəfə üstələyib

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir N.İsmayılova/

Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fondunun (AİF) istiqrazlarına tələb bu gün keçirilən hərracda təklifi iki dəfə üstələyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Fondun məlumatında deyilir.

Bakı Fond Birjasında AİF-in 3 milyon manat dəyərində faizsiz, sənədsiz, təmin edilmiş, adlı istiqrazlarının növbəti emissiyası yerləşdirilib.

Hərracda nominal üzrə 5,989 milyon manat dəyərində sifarişlər iki investor tərəfindən təqdim edilib. Satışa çıxarılan istiqrazların həcmi tam yerləşdirilib. Sifarişlər mövcud qiymət üzrə təqdim edilib.

İstiqrazların ödəniş müddəti 2018-ci il avqustun 28-nə təyin edilib.

Sentyabrda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) AİF-in 20 milyon manat həcmində faizli, təmin edilmiş istiqrazlarının dördüncü emissiyasını qeydiyyata alıb. Bu gün bu həcmdən 14 milyon manat dəyərində istiqrazlar yerləşdirilib. Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 20 min istiqraz buraxılıb. İstiqrazların ekspozisiya müddəti 2520 gündür. Emissiya kütləvi təklif üsulu ilə yerləşdiriləcək.

AİF indiyə qədər 3 emissiya yerləşdirib - 55 və 60 milyon manat dəyərində təmin edilmiş ipoteka istiqrazları və 75 milyon manat dəyərində təmin edilməmiş istiqrazlar.

Dekabrın 20-nə olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti