...

Azərbaycanda biznes üçün sosial yardımların hesabına vergi güzəştləri tətbiq edilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2011 13:39 (UTC +04:00)
Gələcəkdə yeni "Özünədəstək" dövlət ünvanlı sosial yardım proqramında iştirak edən ailələrin öz biznesini yaradarkən vergi güzəştlərini əldə etməsi üzrə xüsusi layihələrin reallaşdırılması mümkündür.
Azərbaycanda biznes üçün sosial yardımların hesabına vergi güzəştləri tətbiq edilə bilər

Azərbaycan, Bakı, 26 dekabr / Trend müxbir A.Axundov /

Gələcəkdə yeni "Özünədəstək" dövlət ünvanlı sosial yardım proqramında iştirak edən ailələrin öz biznesini yaradarkən vergi güzəştlərini əldə etməsi üzrə xüsusi layihələrin reallaşdırılması mümkündür. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbərinin müavini Elnur Kələntərli bildirib.

"Nazirlik həmin layihələrdə iştirak edən vətəndaşları dəstəklə təmin etməyə çalışır", - Kələntərli deyib.

Onun sözlərinə görə, özünədəstək layihəsinin məqsədi bu vəsaitlərin ÜSY alan ailələrin bizneslərinin inkişafına yönəldilməsidir.

"Məsələn, əgər ailə bu gün 150 manat ÜSY alırsa, o həmin vəsaitin 80-90 manatını ərzaq alınmasına xərcləyir. Lakin əgər biz dərhal ildə iki min manat birdəfəlik ödəniş təqdim etsək, onda bu həmin ailələrə öz işini açmağa imkan verər", - Kələntərli deyib.

Onun sözlərinə görə, monitorinqlər göstərir ki, ÜSY vəsaitlərinin 60 faizi ərzaq alınmasına xərclənir.

Layihə çərçivəsində, mal və ya materialın qiymətindən asılı olaraq, ailələrə biznes layihələri çərçivəsində eyni vaxtda illik və yarımillik ünvanlı yardımın miqdarı ayrılacaq.

2011-ci il ərzində analoji pilot işlər Masallı, İsmayıllı və Quba rayonlarında həyata keçirilib, gələn ildən isə layihə respublikanın bütün rayonlarını əhatə edəcək.

Sosial cəhətdən zəif vətəndaşlara yardımların belə formalarının tətbiqi ötən son dörd il ərzində ünvanlı sosial yardım proqramlarının təhlilinin aparılmasından sonra həyata keçirilir. Bu zaman əhalinin yoxsul təbəqələrinin sosial təminat proqramlarına cəlb edilməsinə böyük tələbatın olduğu aşkara çıxıb.

Dünya Bankı ilə birgə yaradılan sosial yardımların verilməsi üzrə yeni proqram əhalinin aztəminatlı təbəqələri üçün şərait yaradılmasına kömək edəcək. Analoji təcrübə Rusiyanın beş regionunda uğurla tətbiq olunur və azərbaycanlı mütəxəssislər onunla tanış olublar.

Azərbaycan 2006-cı ildən ÜSY sisteminə keçib. ÜSY-nin həcmi ehtiyac meyarı və ailənin bir üzvünə düşən gəlirin həcmi arasındakı fərqdən çıxış edilərək müəyyənləşdirilir.

2011-ci ildən Azərbaycanda ehtiyac meyarı 15,4 faiz artırılaraq 75 manata çatdırılıb. 2012-ci ildə isə bu göstərici 84 manat təşkil edəcək.

Dekabrın 26-na olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti