Azərbaycan, Bakı, 28 dekabr /Trend/
Bakıda satışdan çıxarılmış 19000-ə yaxın pirat disk məhv edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumatda deyilir.
Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən bundan əvvəl aparılan yoxlama zamanı Suğra Abdinovaya məxsus mağazada aşkar edilmiş pirat CD və DVD-nin məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən həmin sahibkara icrası məcburi göstəriş verilmişdi.
Bununla əlaqədar olaraq, bu mağazadan satışdan çıxarılmış 18997 ədəd pirat CD və DVD qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.