...

"Xalq Bank" futbol üzrə Dünya çempionatının milli sponsoru seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Yanvar 2012 16:38 (UTC +04:00)
"Xalq Bank" FİFA ilə imzalanmış sazişə əsasən, 2012-ci ilin əsas idman hadisələrindən biri olacaq futbol üzrə FİFA U-17 qadınlararası Dünya çempionatının (FIFA U-17 Women's World Cup Azerbaijan 2012) milli sponsoru seçilib.
"Xalq Bank" futbol üzrə Dünya çempionatının milli sponsoru seçilib

Azərbaycan, Bakı, 6 yanvar /Trend/

"Xalq Bank" FİFA ilə imzalanmış sazişə əsasən, 2012-ci ilin əsas idman hadisələrindən biri olacaq futbol üzrə FİFA U-17 qadınlararası Dünya çempionatının (FIFA U-17 Women's World Cup Azerbaijan 2012) milli sponsoru seçilib. Dünya çempionatı 2012-ci il 22 sentyabr-13 oktyabr tarixləri arasında Azərbaycanda keçiriləcək.

Bankdan cümə günü Trend-ə verilən məlumata görə, sponsorluq "Xalq Bank"ın Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birgə tədbirlər kompleksinin və əhali arasında çempionat haqqında məlumatların yayılması istiqamətində aksiyaların keçirilməsini nəzərdə tutur.

Azərbaycan tarixində ilk dəfə futbol üzrə Dünya çempionatına ev sahibliyi etmək hüququ qazanıb. Çempionat ərzində stadionlara yarım milyonadək tamaşaçının gələcəyi gözlənilir. Azərbaycan yığması da daxil olmaqla, dünyanın 16 ən güclü milli yığma komandalarının qatılacağı tədbir 125-dən artıq ölkəyə yayımlanacaq.

Bu, "Xalq Bank"ın belə mötəbər idman turnirlərində sponsor qismində ilk iştirakı deyil. Xatırladaq ki, bank 2008-ci il futbol üzrə Avropa çempionatının yayımının sponsoru olub.

"Xalq Bank" yarandığı gündən həm respublika, həm də beynəlxalq səviyyəli idman tədbirlərinə dəstək verməkdədir. İdmana aktiv dəstək, "Xalq Bank"ın fəaliyyətində əsaslandığı sosial məsuliyyət prinsiplərinə uyğundur.

Xəbər lenti

Xəbər lenti