...

Azərbaycanda əmlakın istifadə edilməsinə görə sığorta onun təyinatından asılı olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Yanvar 2012 14:45 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyi daşınmaz əmlakın istifadəsi zamanı icbarı mülki məsuliyyət sığortası üzrə sığorta mükafatlarının məbləğinin hesablanması qaydalarını açıqlayıb.
Azərbaycanda əmlakın istifadə edilməsinə görə sığorta onun təyinatından asılı olacaq

Azərbaycan, Bakı, 7 yanvar /Trend müxbir A.Axundov/

Azərbaycan Maliyyə Nazirliyi daşınmaz əmlakın istifadəsi zamanı icbarı mülki məsuliyyət sığortası üzrə sığorta mükafatlarının məbləğinin hesablanması qaydalarını açıqlayıb. Qaydalar "İcbarı sığortalar haqqında" yeni qanun çərçivəsində təsdiqlənib. Sığorta şirkətləri qanunun tətbiqinə 2011-ci il dekabrın 16-dan başlayıblar.

Bu növ üzrə 1 il müddətinə bağlanan müqavilə zamanı bu növ üzrə sığorta məbləği risk qrupuna uyğun müəyyən edilir. Risk qrupu isə öz növbəsində, daşınmaz əmlakın mövcud olduğu iqtisadi fəaliyyətin növündən asılıdır.

Risk qrupu

Sığorta məbləği (manat)

1

30

2

60

3

90

4

120

İnzibati bina onların sahiblərinin və ya faktiki sahibi olan digər şəxslərin həyata keçirdiyi iqtisadi fəaliyyətin növündən asılı olmayaraq, birinci risk qrupuna aiddir.

Əmlakın risk qrupu iqtisadi fəaliyyətin növündən asılı olaraq aşağıdakı kimi müəyyən edilir:

Risk qrupu

İqtisadi fəaliyyət növü

1

Maliyyə və sığorta fəaliyyəti

Dövlət idarəsi və mühafizəsi, icbari sosial təminat

Toxunulmazlıq hüququna malik təşkilatların fəaliyyəti

Daşınmaz əmlakla bağlı əməliyyatlar

2

İnzibatı və dəstək xidmətlərinin göstərilməsi

Təhsil

Peşəkar, elmi və texniki fəaliyyət

İnformasiya və rabitə

Digər sahələrdə xidmətlərin göstərilməsi

Əhaliyə tibbi və sosial xidmətlərin göstərilməsi

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

3

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

Nəqliyyat və anbar təsərrüfatı

Topdan və pərakəndə ticarət, avtomobil və motiskletlərin təmiri

Su təchizatı, çirkab suların və tullantıların təmizlənməsi

4

Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təminat

Emal sənayesi

Mənzilin təşkili və ictimai yaşayış

Hasilat sənayesi

Tikinti

Bu növdən başqa, yeni qanun icbari sığortanın 3 növünü - daşınmaz əmlak, sərnişinlərin icbarı fərdi sığortası və avtomobil nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyəti (OSAQO) sığortasını tənzimləyir.

Bu növlər üzrə polisləri İcbarı Sığorta Bürosunun iştirakçıları olan şirkətlər sata bilərlər. Büronun təsisçiləri 6 şirkətdir - "Paşa Sığorta", "Atəşgah Sığorta", "Ata Sığorta", AXA MBASK, "Xalq Sığorta" və "Standard Insurance". Daha sonra büroya "AzSığorta" üzv qəbul edilib.

"AzSığorta" istisna olmaqla, bütün bu şirkətlər icbarı sığortanın 3 növü - OSAQO, daşınmaz əmlak və daşınmaz əmlakın istifadəsi zamanı mülki məsuliyyət üzrə xidmətlər göstərəcək. "Atəşgah Sığorta" ancaq OSAQO üzrə işləyəcək. Yəni bu gün Azərbaycanda sərnişinlərin icbarı sığortası hələ işləmir.

İnzibati qanun pozuntuları haqqında məcəlləyə uyğun olaraq, Azərbaycanda icbarı sığorta növləri üzrə sığorta müqaviləsi bağlanmamasına görə cərimələr fiziki şəxslər üçün 10 manat, vəzifəli şəxslər üçün 60-80 manat, hüquqi şəxslər üçün isə 150-200 manat həcmində müəyyən edilib.

Yanvarın 7-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti