...

Azərbaycanın sığorta şirkəti daşınmaz əmlakın icbari sığortasının həyata keçirilməsinə başladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2012 16:33 (UTC +04:00)
Azərbaycanın "Atəşgah" sığorta şirkəti daşınmaz əmlakın icbari sığortası ilə bağlı xidmətlər göstərməyə başladı.
Azərbaycanın sığorta şirkəti daşınmaz əmlakın icbari sığortasının həyata keçirilməsinə başladı

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Azərbaycanın "Atəşgah" sığorta şirkəti daşınmaz əmlakın icbari sığortası ilə bağlı xidmətlər göstərməyə başladı.

Şirkətdən bazar ertəsi Trend-ə verilən məlumata görə, müvafiq sığorta polislərinin satışı "İcbari sığortalar haqqında" qanuna əsasən həyata keçiriləcək. Belə ki, "Atəşgah" ASC Sığorta Şirkəti Dövlət Sığorta Nəzarəti Xidmətinin 12 dekabr 2011-ci il tarixli razılıq məktubuna əsasən "Daşınmaz əmlakın sığortası", "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası" üzrə icbari sığorta növlərini həyata keçirmək üçün 6 yanvar 2012-ci il tarixində İcbari Sığorta Bürosunun reyestrinə daxil edilib.

Bununla da "Atəşgah" sığorta şirkəti qanunvericiliyə əsasən, müştərilərə üç növ icbari sığorta xidməti təklif edir: daşınmaz əmlakın icbari sığortası; daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası; avtonəqliyyat vasitəsi sahiblərinin mülkü məsuliyyətinin icbari sığortası.

"İcbari sığortalar haqqında" qanunun 2011-ci ilin sonlarından tətbiq olunmasına başlanılıb. Qanun icbari sığortanın dörd növünü - daşınmaz əmlakın, avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyət, sərnişinlərin və daşınmaz əmlakın istismarı zamanı vətəndaş məsuliyyətinin sığortalanmasını tənzimləyir.

"Atəşgah" sığorta şirkəti 1996-cı ilin sonunda təsis edilib. "Atəşgah" SŞ, "Atəşgah Həyat" SŞ və "İntermed" Tibb Klinikası "Atəşgah" Sığorta Qrupuna daxildir.

2010-cu ilin nəticələrinə əsasən, "Atəşgah" SQ Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında 3-cü yerdə durur. Bu dövr ərzində qrupun sığorta haqları 15,6 mln. manat, ödənişləri isə 5,3 mln. manat təşkil edib. Şirkət müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti