...

Regional filiallar Azərbaycan bankının gəlirinin 25 faizindən çoxunu təmin edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2012 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankı "Unibank"ın gəlirinin təxminən 27 faizini regional filiallar təmin edir. Bu barədə çərşənbə günü Trend-ə bankdan məlumat veriblər.

"Hazırda bankın gəlirində regionların payı təxminən 27 faiz təşkil edir. Halbuki bu göstərici əvvəl 15-17 faiz olub. Bu, ilk növbədə onunla izah edilir ki, regionlarda müştərilərin meyilliliyi yüksəkdir", - bankdan deyiblər.

Bankın regional filialları Sumqayıt, Quba, Şəki, Gəncə, Mingəçevir, Lənkəran və Şəmkirdə fəaliyyət göstərir.

Məlumata əsasən, "Unibank" gələcəkdə də regionlarda fəaliyyətini genişləndirmək niyyətindədir.

"Məsələn, biz Gəncədə şöbənin statusunu yüksəltmək niyyətindəyik. Belə ki, bu bazarı potensial hesab edirik. Bundan başqa, Bakıdakı "Neftçilər" filialının iş cədvəli dəyişdirilib və hazırda müştərilərə göstərilən xidmətin keyfiyyətini artırmaq üçün axşam saat 21:00-a qədər işləyir", - bankdan bildiriblər.

Həmçinin, xidmətin keyfiyyətini artırmaq məqsədilə yeni cash-in bankomatlarının sınaqdan keçirilmə prosesi başa çatdırılıb, növbələrin elektron sistemi tətbiq edilib.

"Unibank"ın dekabrın 1-nə olan vəziyyətə görə, xalis əməliyyat gəliri 6,5 milyon manat təşkil edib.

"Unibank" 2002-ci il oktyabrın 15-də iki özəl kommersiya bankı - "Mbank" və "Promtekhbank"ın birləşməsi nəticəsində yaranıb. "Unibank" universal maliyyə-kredit müəssisəsidir, pərakəndə və korporativ xidmətlər təklif edir.

"Unibank"ın səhdarları 11 fiziki şəxs (76,52 faiz), Avropa Yenidənqurma və İnkişaf Bankı (15,1515 faiz) və DEG alman investisiya korporasiyasıdır. (8,3333 faiz). Bank 24 filial və şöbə vasitəsilə Bakı, Sumqayıt və Azərbaycanın daha 6 əsas regionunda 172 mindən çox müştəriyə xidmət göstərir.

Yanvarın 10-na olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti