...

"Bank of Baku" 700 000-ci istehlak kreditini rəsmiləşdirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2012 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

Ötən həftə "Bank of Baku" 700 000-ci istehlak kreditini rəsmiləşdirib.

Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, 700 000-ci kredit "Bank of Baku-nun "Xırdalan" filialına müraciət edən Ələkbərov Hüseyn Əlihüseyn oğluna verilib. Müştəri H.Ələkbərova məişət texnikasının alışı üçün 930 manat məbləğində 24 ay müddətinə komissiya ödənilmədən simvolik olaraq - illik 1% dərəcəsi ilə kredit ayrılıb.

Hazırda müştəri Xırdalan şəhərində kiçik sahibkarlıqla məşğul olur.

"Bu, Bank of Baku-da mənim ilk kreditimdir. Daim Sizin reklamlarınıza nəzər yetirirdim, Sizin bankınızı çox bəyənirəm. İş elə gətirdi ki, evə paltaryuyan maşın lazım oldu və sevincli bir hal oldu ki, həmin mağaza məhz Sizin bankla əməkdaşlıq edirdi. Krediti almaq üçün banka müraciət edəndə bankın işçisi mənim kreditimin sayca 700 mininci və uduşlu olduğunu xəbər verdi. Çox sevindim, sözün düzü, bu, mənim üçün çox gözlənilməz oldu, ən əsası isə, bu hədiyyə lap yerinə düşdü! Bundan əvvəl banklara müraciət etməmişəm və demək olar ki, mənim birinci təcrübəm çox uğurlu oldu. Bu gözəl sürprizə görə Bank of Baku-ya öz təşəkkürümü bildirirəm, demək olar ki, artıq bütün qonşulara Sizi tərif etmişəm. Banka uğurlar arzulayıram, bankın bütün müştərilərinə isə belə bir sevinci yaşamağı arzu edirəm!", - qalib müştəri öz təəssüratlarını bölüşüb.

Bundan əlavə, faydalı kreditlə bərabər Bank of Baku-nun qalib müştərisinə daha bir hədiyyə - Master Card "Gold" plastik kartı təqdim olunub.

Qeyd edək ki, "Bank of Baku" hazırda bütün təbəqələri əhatə edən müştərilərinə geniş çeşiddə istehlak, biznes və nağd pul kreditlərini təklif edir. Daim öz müştərilərini düşünərək onların rahatlığı üçün çalışmaqda davam edən bank hazırda təqdim etdiyi layihə və stimullaşdırıcı kampaniyalarının müxtəlifliyi, partnyorlarının sayı və istehlak kreditləri portfelinin həcminə görə Azərbaycanın aparıcı banklarından biridir. Eyni zamanda, müştərilərinə daha da yaxın olmaq məqsədilə "Bank of Baku" daim məhsul xəttinin və xidmət səviyyəsinin inkişafı üzərində çalışır.

Hazırda Azərbaycan üzrə "Bank of Baku"nun 18 filialı fəaliyyət göstərir.

Bank of Baku-nun fəaliyyəti və kredit kampaniyaları haqqında daha ətraflı məlumatı bankın məlumat mərkəzi 145 nömrəsi vasitəsilə, www.bankofbaku.com veb-saytında və ya həmin saytda fəaliyyət göstərən "Onlayn-məsləhətçi" xidmətinə müraciət edərək əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti