...

"DəmirBank" pulköçürmə üzrə aksiyanın müddətini uzadıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2012 16:03 (UTC +04:00)
"DəmirBank" təcili pul köçürmə xidmətləri üzrə "Pul köçürən və alanlara mobil danışıq kartı hədiyyə" kampaniyasının müddətini 1 iyul 2012-ci il tarixinədək uzadıb.
"DəmirBank" pulköçürmə üzrə aksiyanın müddətini uzadıb

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

"DəmirBank" təcili pul köçürmə xidmətləri üzrə "Pul köçürən və alanlara mobil danışıq kartı hədiyyə" kampaniyasının müddətini 1 iyul 2012-ci il tarixinədək uzadıb.

Bankdan cümə axşamı Trend-ə verilən məlumata görə, aksiyanın şərtlərinə əsasən, bankın filiallarında ən azı 500 AZN/USD/EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana istədiyi mobil rabitə sisteminin 1 manatlıq, köçürmə məbləği ən azı 2000 AZN/USD/EUR və ya 60000 RUR olduqda müştəriyə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.

"DəmirBank" əhaliyə 200-dək ölkə üzrə pulköçürmə xidmətlərini təklif edir. Bank Western Union, Bıstraya Poçta, Contact, Zolotaya Korona, Coinstar, Blizko, PrivatMoney sistemləri ilə beynəlxalq pul köçürmələri həyata keçirir. "DəmirBank" özünün Şimşək sistemi ilə əhaliyə ölkədaxili pulköçürmə xidmətləri də göstərir.

"DəmirBank"ın təcili pulköçürmə xidmətləri və keçirilən kampaniyalar barədə bankın www.demirbank.az saytından və ya 149 nömrəsinə zəng etməklə ətraflı məlumat əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti