Azərbaycan, Bakı, 16 yanvar /Trend/
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov ilə Gürcüstanın İntellektual Mülkiyyət üzrə Milli Mərkəzinin ("Sakpatenti") sədri İrakli Qvaladze və sədrin müavini Yekatirina Yequtiya arasında görüş keçirilib.
Dövlət Komitəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Həsənov milli ənənəvi brendlərin, əmtəə nişanları və coğrafi adların qarşılıqlı tanınması və mühafizəsi istiqamətində Gürcüstanla əməkdaşlığın genişləndirilməsinin zəruri olduğunu qeyd edib, bununla bağlı ikitərəfli razılaşma sənədinin hazırlanmasını məqsədəuyğun hesab edib.
"Sakpatenti"nin sədri Qvaladze patent sisteminin Azərbaycandakı inkişafından məmnun olduğunu bildirib və bu sahədə qarşılıqlı əməkdaşlığın vacibliyini qeyd edib. O, "Sakpatenti"nin coğrafi adlardan istifadə məsələlərinin hüquqi mexanizmlərinin təkmilləşdirilməsində maraqlı olduğunu bildirib.
"Azərbaycan və Gürcüstan hökümətləri arasında əqli mülkiyyətin qorunması sahəsində əməkdaşlıq sazişi" 20 may 2009-cu ildə imzalanaraq qüvvəyə minib.