...

Ötən ilin dekabrında Azərbaycanda inflyasiya 0,9 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2012 14:14 (UTC +04:00)
2011-ci ilin dekabr ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,9 faiz artıb.
Ötən ilin dekabrında Azərbaycanda inflyasiya 0,9 faiz təşkil edib

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

2011-ci ilin dekabr ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,9 faiz artıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Ay ərzində ərzaq məhsullarının qiymətləri 1,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,6 faiz bahalaşıb.

Dekabr ayında ərzaq məhsullarından manna yarmasının, qoyun ətinin, kolbasa məmulatlarının, təzə balığın, südün, kərə yağının, yumurtanın, qarğıdalı yağının, almanın, armudun, heyvanın, narın, qoz və fındığın, şabalıdın, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, kartofun qiyməti bahalaşıb.

Ötən ay düyünün, unun, çörəyin, mal ətinin, toyuq və toyuq budunun, günəbaxan və zeytun yağlarının, limonun, bananın, portağal və naringinin, çuğundurun, kökün, sarımsağın, soğanın və s. məhsulların qiyməti ucuzlaşıb.

Dekabr ayında qeyri-ərzaq mallarından geyimin, inşaat materiallarından yağlı və sulu boyaların, parket üçün lakın, divar kağızlarının, ağac yonqar lövhələrin, kərpicin, mebellərdən mətbəx üçün mebel dəstinin, mətbəx üçün kətilin, çarpayı və yaylı döşəklərin, stol-stulun, yumşaq mebel dəstinin qiymətləri bahalaşıb, kəsilmiş taxtaların, ağac lifli lövhələrin, parket və laminat parketin, sementin, mebellərdən mətbəx üçün stolun, yataq mebel dəstinin, məişət avadanlıqlarından qaz plitəsinin, qızdırıcıların, tozsoranların qiymətləri isə ucuzlaşıb.

Əhaliyə göstərilən pullu xidmətlərdən ötən ayda MDB ölkələrinə dəmiryol sərnişindaşıma və beynəlxalq reyslər üzrə hava sərnişindaşıma tariflərində, metroda gediş haqqı tariflərində, kommunal xidmətlərdən zibilin daşınması və mərkəzləşdirilmiş istilik sistemi tariflərində bahalaşma müşahidə olunub.

Xəbər lenti

Xəbər lenti