...

AXA MBASK yeni avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari siğortasi ilə bağli ilk ödənişini gerçəkləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2012 11:14 (UTC +04:00)
AXA MBASK sığorta şirkəti nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair ilk ödəməsini həyata keçirib.
AXA MBASK yeni avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari siğortasi ilə bağli ilk ödənişini gerçəkləşdirib

Azərbaycan, Bakı, 19 yanvar /Trend /

AXA MBASK sığorta şirkəti nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair ilk ödəməsini həyata keçirib. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.

Sözügedən sığorta növünə aid ödəmə yanvarın 5-də Sumqayıt şəhərində baş vermiş yol qəzası ilə bağlı olub. Belə ki, AXA MBASK tərəfindən 490 manat məbləğində sığorta ödəməsi zədələnmiş "VAZ-21154" markalı avtomobilin sahibinə təqdim olunub.

Xatırladaq ki, icbari sığorta növləri şirkətin 6 regional ofisində və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 30-dan artıq agentlikdə həyata keçirilir. Sığorta vəsiqələri isə İcbari Sığorta Növləri Bürosunun vahid məlumat sisteminə qoşulmaq şərtilə on line rejimində buraxılır.

İcbari sığortanın qaydaları və tarifləri barədə əlavə məlumatı www.icbari.az saytında əldə etmək olar.

Maliyyə müdafiəsi sahəsində dünya lideri olan AXA Group əsas diqqəti Avropa, Şimali Amerika, Asiya-Sakit okean bölgəsi və Yaxın Şərqə yetirmək şərtilə dünyanın 57 ölkəsində fəaliyyət göstərir.

Hazırda gəliri 90 milyard avro, mənfəəti 3,5 milyard avro olan qrup dünyanın ən iri sığorta şirkətlərinin reytinq siyahısında birinci yer tutur, maliyyə yatırımlarının sığortası sahəsində liderlərdən biridir. 2011-ci ilin əvvəlinə olan məlumata görə şirkətin 210 mindən artıq əməkdaşı var, dünya boyu müştərilərinin isə sayı 96 milyondur. Nüfuzlu AM Best maliyyə agentliyinin məlumatına görə AXA 2009-cu ilin yekunlarına görə xalis mükafatların həcmi sahəsində dünyanın ən iri sığortaçısı olub.

Xəbər lenti

Xəbər lenti