...

Naxçıvanda cip avtomobillərinin yığılmasına başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Yanvar 2012 14:08 (UTC +04:00)
Naxçıvan avtomobil zavodunda Lifan markalı cip avtomobillərinin istehsalına başlanılıb. Bu barədə cümə günü Trend-ə NAZ-ın direktoru Musa Abdullayev bildirib.
Naxçıvanda cip avtomobillərinin yığılmasına başlanılıb

Аzərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir E.İsmayılov/

Naxçıvan avtomobil zavodunda Lifan markalı cip avtomobillərinin istehsalına başlanılıb. Bu barədə cümə günü Trend-ə NAZ-ın direktoru Musa Abdullayev bildirib.

Bu il Avro-3 standartlarına uyğun 1000 avtomobilin yığılması planlaşdırılır.

"Yeni avtomobillərin qiymətinin 14-15 min manat olacağı ehtimal edilir. Mühərrikin gücü 1800 kubsantimetr təşkil edir", - Abdullayev deyib.

Onun sözlərinə görə, müəssisədə ilk dəfə avtomatik ötürmə qutusuna malik 620 və 320 Lifan avtomobillərinin yığılmasına başlanır.

Onun sözlərinə görə, habelə NAZ-da Naxçıvan MR və ölkənin digər regionları üçün taksi avtomobillərinin istehsalı da uğurla davam edir.

Naxçıvan avtomobil zavodunun tikintisinə 2008-ci ildə başlanılıb və bu il yanvarın 11-də istismara verilib.

2009-cu ildə Pekində keçirilən Azərbaycan -Çin biznes-forumu çərçivəsində NAZ-la Chongqing Lifan Industry (Group) Imp.& Exp.Co.,Ltd. Korporasiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müqavilə Naxçıvanda Lifan markalı minik avtomobillərinin yığımını nəzərdə tutur.

Zavodda Almaniya, Belçika və İtaliyanın istehsal avadanlıqlarının son modellərindən istifadə olunur. Zavodun ümumi sahəsi 2,6 hektardır. Zavodun gücü ildə beş min avtomobilin istehsalıdır.

Xəbər lenti

Xəbər lenti