Azərbaycan, Bakı, 25 yanvar/Trend/
Azərbaycan bankı "Bank Standard"ın baş ofisində müştərilərə loyallıq proqramı, həmçinin kart vasitəsilə ödənişləri stimullaşdırmaq proqramı çərçivəsində "Kartla ödə, "APPLE" qazan!" aksiyasının I mərhələsinin lotereyası keçirilib. Trend-in məlumatına görə, bu barədə bakın yaydığı məlumatda deyilir.
Lotereyanın qalibləri Seyidova Gülnarə, Quliyev Elçin, Məmmədov Elman, Hüseynova Lalə, Sadıxov Nəcməddin, Qarayev Fuad, Əzizov Əhməd, Heydərov Elvin, Seyidov Məmməd və Darling Loren Endryu olublar.
Qaliblər öz uduşlarını təhvil almaq üçün tirajın keçirilmə tarixindən etibarən 90 iş günü ərzində Bankın Baş ofisinə (Bakı, Azərbaycan pr.,4) müraciət edə bilərlər.
"Kartla ödə, "APPLE" qazan!" geniş həcmli aksiyası "Bank Standard" tərəfindən buraxılan kart sahibiləri üçün nəzərdə tutulub. Aksiya 4 mərhələdə keçirilir və 2012-ci ilin sentyabr ayının sonunadək davam edəcək. Bu mərhələlərin hər birində ardıcıl olaraq 10 ədəd MacBook Pro noutbuku, daha sonra 10 ədəd i-Pad2 planşeti, 10 ədəd i-Phone mobil telefonu və nəhayət 10 ədəd MacBook Air noutbuku oynanılır. Yanvarın 1-dən mart ayının 31-dək davam edəcək aksiyanın növbəti, sayca II mərhələsinin uduş fondunu 10 ədəd i-Pad2 planşeti təşkil edir.
Aksiyada iştirak etmək üçün bankın plastik kartı ilə POS-terminal, bankomat (ATM), habelə "Mobil Bank" xidməti vasitəsilə və ya internetdə ödənış aparmaq lazımdır. Kartlar vasitəsilə ödənilən hər 10 şərti vahid (AZN, USD, GBP, EUR) kart sahibinə bir lotereya şansı qazandırır.
Lotereya şansları kart vasitəsilə ödənişlərlə yanaşı, "Bank Standard"ın kart məhsullarını əldə etmək müqabilində də verilir.
Bankın uduşlu aksiyaları haqda daha ətraflı məlumatı www.bankstandard.com saytından, bankın məlumat mərkəzinin 158 nömrəsindən (gecə-gündüz), eləcə də www.facebook.com/BankStandard.KB səhifəsindən əldə etmək olar.